Yuxarı

AŞPA heyəti ilkin rəyini bu tarixdə açıqlayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA heyəti ilkin rəyini bu tarixdə açıqlayacaq

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) müşahidəçilərinin parlament seçkiləri ilə bağlı ilkin rəyi noyabrın 2-də açıqlanacaq.

Bu barədə Secki-2015.az saytına AŞPA müşahidə missiyasını rəhbəri Jordi Çukla məlumat verib. İlkin rəylə bağlı müşahidə missiyasının seçkilərdən bir gün sonra "Holiday İNN" otelində mətbuat konfransı keçirəcəyi nəzərdə tutulur.

Jordi Çukla Bakıya səfərləri çərçivəsində bir sıra vacib görüşlər keçirdiklərini bildirib. Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri , Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri, eləcə də bitərəf millət vəkilləri , vətəndaş cəmiyyətinin bir sıra təmsilçiləri, bəzi media rəhbərləri və Mərkəzi Seçki Komissiyasının rəsmiləri ilə görüşən xarici müşahidəçilər seçkiqabağı vəziyyəti müzakirə ediblər.

AŞPA müşahidə missiyasını rəhbəri bildirib ki, görüşlərin əsas məqsədi demokratiya, insan hüquqları və qanunun aliliyi ilə bağlı Avropa Şurasının standartlarına uyğun seçki öncəsi vəziyyəti lazımi şəkildə öyrənməkdir.

Tarix
2015.11.01 / 01:24
Müəllif
Axar.az
Digər xəbərlər

Vyetnamla Azərbaycan arasında imzalanan bu sənəd...

“Azərbaycanda doğulub” sözünə görə “mübarizə” aparır

İlham Əliyev Livan prezidentini təbrik etdi

Azərbaycan bu ölkəni təbrik etdi

“Bədr müqaviləsi” Türkiyəyə nə qazandıracaq?

Ağdama həsr olunan klip yayıldı - Video

Bu ölkədə Araik Arutyunyana “vətəndaşlıq” verildi

İlham Əliyevin Vyetnam səfərindən video yayıldı

İlham Əliyevin Vyetnama səfəri başa çatdı - Video

Paşinyan: Tarixləri qarışdırdım, TRİPP-lə bağlı mərasim...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla