Yuxarı

BAXCP: “Proses tam şəffaf təşkil olunub”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
BAXCP: “Proses tam şəffaf təşkil olunub”

Səhər saatları olmasına baxmayaraq, seçicilərimiz çox aktivdir.

Axar.az xəbər verir ki, bu barədə 24 saylı Nizami birinci seçki dairəsinin 14 saylı məntəqənin sədri Sərhəd Məhərrəmov bildirib.

O, məntəqədə 1214 seçicinin qeydiyyatda olduğunu və təxminən iki saat ərzində 110 seçicinin səsvermə hüququndan istifadə etdiyini deyib.

"Bu il evlərə səyyar seçki qutuları göndərməmişik,çünki bizə bununla bağlı müraciət daxil olmayıb. Yerli müşahidəçilərimizlə yanaşı, yeddi xarici müşahidəçi də seçkiləri izləyir", - Sərhəd Məhərrəmov vurğulayıb.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından (BAXCP) olan müşahidəçi İsayev Məmmədsaleh səhər saatlarından məntəqədə olduğunu və heç bir pozuntuya rast gəlmədiyini deyib: "Proses tam şəffaf təşkil olunub. Səhər saatları olsa da seçicilər aktivdir".

Seçici Allahverdiyev Qabil seçkinin çox yaxşı təşkil edildiyini deyib: "Bu cür nəzarətdə heç bir pozuntu ola bilməz".

Digər seçici Maya Usubova da seçki prosesdən razı qaldığını deyib.

Tarix
2015.11.01 / 11:39
Müəllif
Axar.az
Digər xəbərlər

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

Bayramov ABŞ rəsmisi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla