Yuxarı

Türkiyədə seçki savaşı: Qalib kim olacaq?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 7-dən sonra Türkiyə yenidən parlament seçkisi keçirir.

Axar.az xəbər verir ki, seçkidə hələlik heç bir partiyanın qəti üstünlüyü müşahidə edilmir. 2001-ci ildən bu yana təkbaşına hökumət formalaşdıran Ədalət və İnkişaf Partiyası (AKP) belə iyun seçkisində tam üstünlük əldə edə bilmədi. Son sorğuların nəticəsinə uyğun olaraq, AKP hələ də irəlidə görünür. Lakin ekspertlər böyük ehtimalla budəfəki seçkidə də heç bir partiyanın tam üstünlük qazana bilməyəcəyini iddia edirlər.

4 ay əvvəl

Prosesləri öyrənmək üçün iyun seçkisinin nəticəsinə yenidən diqqət etmək lazımdır.

7 iyun seçkisində AKP Türkiyə seçicilərinin yalnız 40,8% səsini toplaya bildi. Bu isə 2011-ci illə müqayisədə 8% geriləmə deməkdir. Üstəlik, AKP bir zamanlar böyük uğur əldə etdiyi cənub-şərqi Anadoluda (əsasən kürdlərin yaşadığı bölgələrdir – red.) böyük fiaskoya uğradı. AKP iyun seçkisində yalnız 258 deputatını parlamentə yerləşdirə bildi.

Cümhuriyyət Xalq Partiyası da (CHP) son seçkidə böyük uğur qazana bilmədi. Solyönlü partiya demək olar ki, əvvəlki mövqelərini qorudu. CHP 11 milyon insanın səsini alaraq, parlamentə 132 vəkil çıxara bildi. Bu isə 2011-ci illə müqayisədə 0,9% geriləmə deməkdir.

Son seçki Milliyətçi Hərəkat Partiyası (MHP) üçün uğurlu oldu. Əvvəlki illərə nisbətən xalq arasında dəstəyini itirən Dövlət Baxçalının partiyası yenidən öz mövqelərini möhkəmləndirməyə başladı. MHP 2011-ci illə müqayisə 3% irəlləyiş əldə etdi. Partiya 16,4% səslə partlamentdə 80 millət vəkili statusuna sahib oldu.

Türkiyə tarixi üçün ən sensasiyalı məqam isə Xalqların Demokratik Partiyasının əldə etdiyi nəticələr oldu. 2011-ci ildə parlament seçkilərində 6,5% səs toplayan HDP son seçkidə səslərinin miqdarını 13,1%-ə çatdırdı. Bu isə daha çox kürd partiyası olan HDP-nin cənub-şərqi Anadoluda təsirinin artmasıyla əlaqədardır.

Yeni savaş

Son sorğular hələlik parlament seçkisinin nəticəsi haqqında dəqiq fikir ortaya qoymayıb. Tək bilinən məsələ budəfəki seçkidə iştirak edən ümumi seçici sayının 90%-dən çox olacağıdır. Partiyalar demək olar ki, mövqelərində böyük dəyişiklik etməyiblər. Ekspertlərin fikrincə, AKP-nin yenə öndə olacağı, amma əvvəlki illərə nisbətən səs itkisinə məruz qalacağı gözlənilir. Buna əsas səbəb kimi AKP-nin jurnalistlərə qarşı tətbiq etdiyi sərt siyasət və Ərdoğanın Suriya məsələsindəki addımları göstərilir. Üstəlik, ölkədə əhalinin gəlirlərinin əvvəlki illərə nisbətən azalması insanlar arasında Əhməd Davudoğlu hökumətinə qarşı inamın itməsinə səbəb olur. Yenə də AKP-yə ən böyük dəstək Anadoluda müşahidə edilir.

CHP-yə gəlincə isə onun vəziyyətində hansısa dəyişik gözlənilmir. Kamal Kılıçdaroğlunun iqtidar partiyaya qarşı alternativ lider ola bilməməsi, onun əhali arasında rəğbət qazanmamasına şərait yaradacaq. Üstəlik, CHP-nin AKP ilə koalisiya yaratmaq müzakirələri də Kılıçdaroğlu tərəfdarları arasında müəyyən narazılığa səbəb olub. Amma bütün bunlara rəğmən, CHP hələ də ölkənin ana müxalifəti olaraq qalır. CHP-nin ən böyük dəstəkçiləri isə Türkiyə əhalisinin orta təbəqəsidir.

Seçkidən ən böyük uğuru məhz MHP əldə bilər. MHP-nin son günlər hökuməti və müxalifəti sərt tənqid etməsi, üstəlik, Davudoğlu hökumətinə heç nəyi güzəştə getməməsi, onun səs faizlərinin artmasına səbəb ola bilər. Bununla bərabər, Baxçalının PKK məsələsində qətiyyəti də müharibə ərəfəsində olan bir ölkənin insanı üçün xoş təsir bağışlaya bilər. İyun seçkisində İqdır, Qars bölgələrində üstünlüyü HDP və AKP-yə vermiş partiyanın yenidən bunları geri qazanacağı gözlənilir.

Səslərinin bir qismini itirəcək partiyalar sırasında HDP-nin də adı var. HDP-nin PKK və PYD proseslərində Türkiyənin mövqeyini bölüşməməsi və daima hər iki terror təşkilatının İŞİD-lə mübarizəsini alqışlaması yerli əhali arasında böyük ümidsizliyə səbəb olub. Üstəlik, PKK-nın həbsdəki lideri Öcalanla müəyyən problemlər yaşayan Səlahəddin Dəmirdaşın da kürdlər arasında mövqelərini sarsıdıb. Bundan isə böyük ehtimalla AKP faydalanmağa çalışacaq. Əgər HDP-yə səs verən kütlənin böyük bir qisminin solçu olduğunu nəzərə alsaq, o zaman HDP-nin güclü səs itkisi yaşamayacağını görə bilərik. Əsas itkinin kürd bölgələrindəki aşağı təbəqələr arasında olacağı gözlənilir.

Son seçkilərdən bilinən əsas məsələ heç kimin yenidən təkbaşına partiya qura bilməyəcəyidir. Çox böyük ehtimalla seçkidən sonra əvvəlki kimi koalisiya danışıqları başlayacaq. Bu zaman isə AKP-nin CHP və ya HDP ilə yenidən birləşəcəyini görə bilərik. MHP-yə gəlincə isə onun hansısa koalisiyada iştirak edəcəyi güman olunmur. Qısası, məhz bu seçkilərdən sonra Türkiyəni yenidən ağır siyasi dönəm gözləyir.

Tarix
2015.11.01 / 11:43
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla