Yuxarı

Azərbaycanın keçmiş prezidenti səs verdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov parlament seçkilərində səs verib.

Report xəbər verir ki, eks-prezident 17 saylı Yasamal üçüncü seçki dairəsinin 26 saylı məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.

A.Mütəllibov məntəqəyə daxil olduqdan sonra onun barmağına mürəkkəb vurulub.

Keçmiş prezident səs verdikdən sonra açıqlamasında bildirib ki, vətəndaş kimi səsvermə hüququndan istifadə etdiyinə görə məmnundur. A.Mütəllibov bütün vətəndaşları seçkidə fəal iştirak etməyə çağırıb:

"Sərbəst şəkildə, azad formada seçimimi etdim. Vətəndaşlara belə seçki şəraitinin yaradılmasından da məmnunam".

Hansı namizədə səs verdiyinə gəlincə, A.Mütəllibov bunu açıqlamaq istəməyib: "Sərvermə gizli keçirilir. Ona görə də kimə səs verdiyimi açıqlamaq istəmirəm.

Amma ümumi olaraq deyim ki, ölkədə siyasi sabitlik, sosial-iqtisadi inkişaf var, Azərbaycanın hərbi qüdrəti, beynəlxalq nüfuzu günü-gündən artır. Vətəndaşlar bunların qədrini bilməli və seçkilərdə fəal iştirak etməklə hazırkı siyasətin davam etməsinə öz töhfələrini verməlidirlər".

Tarix
2015.11.01 / 13:22
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla