Hazırda 500-ə yaxın seçici
səsvermədə iştirak edib.
Bu məlumatı Axar.az-a 26 saylı Sabunçu I Seçki Dairəsinin 7
saylı seçki məntəqəsinin sədri Flora Həmidova verib.
Onun sözlərinə görə, ümumilikdə seçki siyahısında 1495 seçicinin
adı var. Məntəqə sədri hər hansı seçki saxtakarlığına yol
verilmədiyini, veb kameralar quraşdırıldığını, yüksək səviyyədə
seçki təşkil olunduğunu bildirib.
F.Həmidova digər məntəqələrlə müqayisədə burada daha çox seçici
aktivliyi müşahidə olunduğunu söyləyib.
Onun fikrincə, məntəqənin Bakıxanov qəsəbəsinin mərkəzində
yerləşməsi və seçicilər üçün strateji baxımdan əlverişli olması
buna səbəbdir. Həmçinin yerli və beynəlxalq müşahidəçilər də bu
məntəqə üzrə seçki prosesini müşahidə ediblər.
Dairə üzrə 8 saylı məntəqənin sədri Rüxsarə Əliyeva qeyd edib
ki, indiyə qədər 450 nəfərə yaxın seçici öz deputatını seçib.
Seçici siyahısında 1483 nəfərin adı var. Məntəqə sədri seçkidə
şəffaflığın təmin olunduğunu vurğulayıb.