Yuxarı

Daha bir təşkilat seçki nəticələrini açıqladı - Siyahı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rəy" Monitorinq Mərkəzinin direktoru Rizvan Abbasov "Seçkilər" Media Mərkəzində mətbuat konfransı keçirib.

Secki-2015.az saytı xəbər verir ki, Mərkəz V çağırış Milli Məclisə noyabrın 1-ə təyin edilən seçkilərdə keçirdiyi "ekzit-pol"un nəticələrini açıqlayıb.

R.Abbasov bildirib ki, "Rəy" Monitorinq Mərkəzinin "ekzit-pol" təcrübəsi var. Onun sözlərinə görə, Mərkəz bundan əvvəl prezident və IV çağırış parlament seçkilərində "ekzit-pol" keçirib.

Mərkəz sədri söyləyib ki, budəfəki seçkilərdə Mərkəz 10 seçki dairəsi üzrə 60 seçki məntəqəsində "ekzit-pol" keçirib.

R. Abbasovun sözlərinə görə, ekzit-poll Bakı və Sumqayıt şəhərlərini əhatə edib.

O deyib ki, "ekzit-pol"un keçirilməsinə 100-dən artıq kadr cəlb olunub: "Kadrlar könüllülük prinsipləri əsasında fəaliyyət göstərib".

"Ekzit-pol"un nəticələrinə görə, 8 saylı Binəqədi 2-ci seçki dairəsində 52,3 faiz seçici aktivliyi olub. Həmin dairədən Azay Quliyev Əjdər oğlu 65,4 faiz səslə qalib gəlib.

16 saylı Yasamal 2-ci seçki dairəsində Aytən Mustafayeva İnqilab qızı 48.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 53.1 faiz olub.

20 saylı Nərimanov 2-ci seçki-dairəsində Adil Əliyev Abış oğlu 65.1 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 44.9 faiz olub.

27 saylı Sabunçu 2-ci seçki dairəsində Dilarə Cəbrayılova Məmmədağa 59.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 50.2 faiz olub.

29 saylı Səbail seçki dairəsində Şəmsəddin Hacıyev Hümmət oğlu 63.2 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 51.8 faiz olub.

34 saylı Xətai 2-ci seçki dairəsində Fuad Muradov Rauf oğlu 62.5 faiz səslə qalib gəlib. Seçici aktivliyi 48.4 faiz olub.

41 saylı Sumqayıt 1-ci seçki dairəsində Mirzəcan Xəlilov Mirzəmməd oğlu 58.1 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 49.5 faiz olub.

42 saylı Sumqayıt 2-ci seçki dairəsində Tahir Mirkişili Famil oğlu 55.7 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 47.9 faiz olub.

43 saylı Sumqayıt 3-cü seçki dairəsində Muxtar Babayev Bahadur oğlu 63.6 faiz nəticə ilə qalib gəlib. Seçici aktivliyi 48.8 faiz olub.

44 saylı Sumqayıt – Xızı seçki dairəsində Hacı Salayev Hacıbaba oğlu 64.9 faiz səslə qalib gəlib. Seçici aktivliyi 48.6 faiz olub.

Qeyd edək ki, "exit-pol"da 7 mindən çox seçici iştirak edib.

Tarix
2015.11.01 / 21:13
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla