Yuxarı

İqbal Ağazadə seçilmədi – Ekzit-pol

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə "ekzit-pol"un nəticələrinə görə bu dəfə millət vəkili seçilməyib.

Axar.az xəbər verir ki, Fransanın "Opinion Vey" yenilikçi araşdırma şirkəti və Azərbaycan Gənclərinin Hüquqlarını Müdafiə Mərkəzinin Milli Məclisə seçkilərdə keçirdiyi "ekzit-pol"un nəticələri belə deməyə əsas verir. İ.Ağazadənin namizəd olduğu 35 saylı Xətai III Seçki Dairəsindən Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə deputat seçilib. A.Əlizadənin 46,7 faiz səslə İ.Ağazadə üzərində qələbə qazandığı elan olunub.

Eyni zamanda, "ekzit-pol"un nəticələrində 17 saylı Yasamal III Seçki Dairəsindən bitərəf namizəd, "Kaspian Konsaltinq" şirkətində hüquqşünas çalışan Elşad Həsənovun mandat qazandığı məlum olub. Bu dairə üzrə YAP-ın vahid namizədi paytaxtın Xəzər rayon icra başçısının müavini Lalə Əhmədova idi. L.Əhmədovanın dövlət qulluğunda çalışmaq istəməsi ilə əlaqədar namizədliyini geri götürməsindən sonra tanınmış jurnalist İlhamiyyə Rzayevanın deputat seçilmək şansları yüksək görünürdü. Amma "ekzit-pol" seçicilərin E.Həsənova etimad göstərdiyini açıqlayıb.

Qeyd edək ki, "ekzit-pol" rəsmi nəticələr deyil.

Tarix
2015.11.01 / 21:44
Müəllif
Emil Salamoğlu
Şərhlər
Digər xəbərlər

Fransa Azərbaycandakı səfirini geri çağırdı

Rus sülhməramlılar Qarabağı tərk etməyə başladı - Video

XİN rəhbəri Terhi Hakalanı qəbul etdi

Vuçiç Əliyevin dəvətini qəbul etdi

Serbiya prezidenti İlham Əliyevə zəng etdi, dəstək istədi

Azərbaycanın AŞPA-ya qaytarılması barədə qərar qəbul edildi

Köçəryan “siyahı hazırlayaq” dedi - Türkiyənin işinə yarayır

ABŞ və Türkiyə rəsmiləri görüşdü: Bakı-İrəvan əlaqələri...

“Ermənistan Azərbaycana qarşı”: dinləmələr davam edir

Hər şeyi planlı şəkildə edirik ki... - İlham Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla