Yuxarı

Türkiyədə millətçilərin fiaskosunda azərbaycanlı amili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin əsas müxalifət partiyalarından biri hesab edilən Milliyətçi Hərəkat Partiyası parlament seçkisində 4%-dən artıq səs itkisinə məruz qalıb.

Axar.az xəbər verir ki, partiya Türkiyənin heç bir vilayətində tam üstünlük əldə edə bilməyib. MHP-nin məğlubiyyətinin əsas səbəbləri sırasında Dövlət Baxçalının ən məşhur adları partiyadan kənarlaşdırması göstərilir. Türkiyə mətbuatı MHP-nin bununla da öz tərəfdarlarını 25% azaltdığını bildirib:

"MHP AKP ilə koalisiyaya getmədi. Bu, çoxlarının narazılığına səbəb oldu. Bundan başqa, partiyanın ən sevilən şəxslərindən olan Toğrul Türkeş MHP-yə xəyanət edərək, AKP-ni seçdi. Əslən azərbaycanlı olan Sinan Oğan ölkənin şimal şərqində böyük nüfuza sahib olsa da, Dövlət Baxçalı tərəfindən partiyadan uzaqlaşdırıldı. MHP artıq parlamentə 40-45 nəfər deputat çıxarmalı olacaq".

Əslən azərbaycanlı olan Sinan Oğan 1967-ci ildə İqdırda anadan olub. 1989-cu ildə Mərmərə Universitetini bitirib. 1993-2000-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində dekan müavini vəzifəsində işləyən Sinan Oğan 2000-ci ildə Türkiyəyə qayıdaraq Avrasiya Strateji Araşdırmalar Mərkəzində Qafqaz istiqaməti üzrə çalışıb.

Qeyd edək ki, bu acınacaqlı məğlubiyyət səbəbindən Dövlət Baxçalının istefaya getdiyi barədə "Yeni Şəfəq" qəzeti məlumat yayıb.

Tarix
2015.11.01 / 22:48
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla