Yuxarı

Araşdırmaçılar “Rəsulzadə-Atatürk davası” haqda

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Türkiyə hökuməti ilə SSRİ arasında müqavilə imzalandı. Bu müqavilənin tələblərinə əsasən Rəsulzadə Türkiyədən deportasiya edildi və onun Almaniyada nəşr etdiyi qəzet Türkiyədə qadağan edildi".

Bu sözləri "Axar.az"a açıqlamasında M.Ə.Rəsulzadə irsinin araşdırıcısı, tarixçi alim Nəsiman Yaqublu dedi. O bildirdi ki, Türkiyə dövlətinin SSRİ ilə imzaladığı əməkdaşlıq müqaviləsi sənədinə görə, öz ölkəsində SSRİ-nin əleyhinə heç bir təbliğat işləri aparılmamalı və bunu etmək istəyənlərə icazə verməməlidir:

"Yəni bunun əsas kökü ordan qaynaqlanırdı ki, Türkiyə hökuməti ilə SSRİ yaxınlaşırdı. Türkiyə və SSRİ qarşılıqlı olaraq bu cür öhdəliklər götürdü. Həmin "İstiqlal" qəzeti də o vaxt Almaniyada nəşr edilirdi və birbaşa olaraq Sovetlərin əleyhinə idi. Rəsulzadənin baş redaktorluğu ilə çıxan bu qəzet Türkiyənin Sovetlər qarşısındakı qarşılıqlı öhdəliyinə zidd idi. Bu qəzetin nüsxələri müəyyən adamlar vasitəsi ilə Almaniyadan Türkiyəyə gətirilirdi. Məhz buna görə də belə bir qərar verilmişdi ki, "İstiqlal" qəzetinin Türkiyəyə gətirilməsi qadağan edilsin. Təkcə bu qəzet yox, Sovetlər əleyhinə olan digər qəzetlərin Türkiyəyə gətirilməsi də qadağan edilmişdi. Rəsulzadənin rəhbərliyi ilə çıxan digər mətbu yayımlar kimi, "İstiqlal" qəzetinin də əsas qayəsi Sovet dövlətinin işğalçı mahiyyətini insanlara çatdırmaq idi".

Nəsiman Yaqublu Rəsulzadə irsinin Azərbaycana gətirilməsinin də vacibliyindən danışdı:

"Rəsuladənin 130 illiyi ilə bağlı adının əbədiləşdirilməsi üçün ölkə başçısının məlum sərəncamı var. Bu sərəncamdan irəli gələrək onun bütün irsinin ölkəmizə gətirilməsi və araşdırılması yerinə düşərdi. Mühacirətdə olduğu müddətdə nəşr edilən bütün mətbu nümunələr və kitablar hamısı tədqiq olunmalı və cəmiyyətə çatdırılmalıdır".

Millət vəkili və Atatürk Mərkəzinin rəhbəri Nizami Cəfərov isə bildirdi ki, bu kimi hallara XX əsr Türkiyə tarixində tez-tez rast gəlinir və bu, Türkiyənin dövlət maraqları və siyasətindən irəli gəlir:

"Atatürk siyasətçi idi. O, Türkiyə əleyhinə olan hər bir məsələyə qarışırdı və reaksiya verirdi. İndiki zamandan həmin tarixə baxıb qiymət vermək və Atatürk ilə Rəsulzadənin səhvini axtarmaq düzgün deyil. Olaylara baş verdiyi tarixi dövrün kontekstində qiymət vermək lazımdır. Türkiyənin dövlət kimi maraqları var idi və Atatürk o maraqlar çərçivəsində hərəkət edib. Siz dediyiniz faktdan daha təsirli nüanslar olub. Atatürkün azərbaycanlı siyasətçilərlə, fikir adamları ilə müxtəlif yaxınlıq əlaqələri olub. Bunlardan ölkədən çıxarmaqla bərabər, həbs olunmağa qədər gedib çıxanı var. Məsələn, Əhməd Ağaoğlu ilə Atatürkün yaxnlığı olub. Daha sonra onu həbs etdirib. Həbsdən sonra partiya açmasına icazə versə də, müəyyən müddətdən sonra ona siyasətlə məşğul olmaq qadağan edilib".

Atatürk Mərkəzinin rəhbəri də bu addımın atılmasında SSRİ faktorunun olmasından danışdı:

"Ümumiyyətlə, türk dünyasından olan mühacirlərin Türkiyə ilə əlaqələri yüksək olub. Bunun da səbəbləri məlumdur, həmin dövrdə Türkiyə yeganə müstəqil türk dövləti idi. Münasibətlərin pozulmasının da əsas səbəbi Türkiyə xaricindədir. Böyük dövlətlər ilə münasibətlərinə görə türk mühacirlərin fəaliyyəti zaman-zaman məhdudlaşdırılıb, ölkədən çıxarılıb və ya həbsə atılıb. Böyük dövlətlər deyəndə, ən çox Rusiya nəzərdə tutulur. 1930-cu ilə qədər Türkiyənin SSRİ ilə münasibətləri normal olub. Ancaq 30-cu ildən sonra kəskin dəyişiklik baş verib və düşmənçilik həddinə çatacaq qədər pisləşib. Sonradan bu məsələni qaydasına salmaq üçün SSRİ ilə müttəfiqlik haqqında qarşılıqlı müqavilə imzalanıb".

Tarix
2014.01.22 / 22:00
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla