Yuxarı

Hədəf Saakaşvilidir – “Çevriliş” oyunu güclənir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hədəf Saakaşvilidir – “Çevriliş” oyunu güclənir

Gürcüstanda heç kim dövlət çevrilişi edə bilməz.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstanın Energetika naziri Kaxa Kaladze söyləyib. Onun sözlərinə görə, Gürcüstan üçün çevrilişi Mixail Saakaşvili hazırlayıb:

"Artıq xüsusi xidmət orqanları bu istiqamətdə araşdırmaya başlayıblar. Hər şey çox maraqlı olacaq. Gürcüstanda vəziyyət tam nəzarət altındadır".

Qeyd edək ki, bir müddət öncə sosial şəbəkələrdə Mixail Saakaşvilinin "Rustavi-2" telekanalının Baş direktoru Nikoloz Qvaramiya ilə telefon danışığı yayılmışdı. Telefon danışığında eks-prezident Qvaramiyanı hökumətə müqavimət göstərməyə səsləyirdi. Bundan sonra Gürcüstan hüquq mühafizə orqanları dövlət çevrilişinə cəhd adı altında Saakaşviliyə qarşı araşdırmaya başladılar. Lakin Ukrayna mətbuatına müsahibə verən Saakaşvili bütün bunların Rusiya kəşfiyyatı tərəfindən həyata keçirildiyini və keçmiş Baş nazir Bidzina İvanişvilinin bu proseslərin içində olduğunu bildirdi.

Kaxa Kaladze isə son günlər "Qazprom"la Gürcüstana qaz alışını təmin etmək üçün gizli danışıqlara başlayıb. Mətbuat bu hadisələrin arxasında İvanişvilinin dayandığını və Kaladzenin məhz onun göstərişi ilə hərəkət etdiyini bildirir.

Tarix
2015.11.02 / 23:16
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin gənclər platformasına 40 ölkə qoşuldu

Türk əsgəri İran tərəfdən açılan atəşlə şəhid olub?

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla