Yuxarı

Elmar Məmmədyarov fransalı yeni səfirlə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər naziri Elmar Məmmədyarov Fransa Respublikasının Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri xanım Aurelia Buşeni qəbul edib.

Axar.az nazirliyin rəsmi saytına istinadən xəbər verir ki, görüşdə səfir Aurelia Buşe etimadnaməsinin surətini Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Elmar Məmmədyarov səfiri yeni təyinatı münasibətilə təbrik edərək, onun iki ölkə arasında əlaqələrin daha da inkişafına töhfə verəcəyinə ümid etdiyini bildirib. Azərbaycan və Fransa arasında siyasi, iqtisadiyyat, elm-təhsil, enerji və digər sahələrdə əməkdaşlığın inkişafından məmnunluq ifadə olunub.

Səfir Aurelia Buşe diplomatik fəaliyyəti dövründə ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsi səylərini əsirgəməyəcəyini bildirib.

Nazir Elmar Məmmədyarov səfir Aurelia Buşeyə diplomatik fəaliyyətində uğurlar arzu edib.

Tarix
2015.11.03 / 20:20
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla