Yuxarı

Azərbaycan İspaniyaya nota verdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan İspaniyaya nota verdi

Yanvarın 22-də Madriddə işə başlamış "FİTUR-2014" Beynəlxalq turizm sərgisində Ermənistana aid sahədə "Qarabağ" stendinin quraşdırılması ciddi narazılığa səbəb olub.

Sərginin rəhbərliyi ilə Azərbaycan tərəfi arasında, Qarabağ barədə heç bir stendin qoyulmayacağı barədə əvvəlcədən əldə olunmuş razılığa baxmayaraq, həmin stendin quraşdırılması İspaniyada yaşayan azərbaycanlıların ciddi etirazına səbəb olub. Stendin quraşdırılmasına etiraz olaraq İspaniyada təhsil alan azərbaycanlı tələbələr səssiz aksiya keçirib.

Azərbaycanın İspaniyadakı səfirliyinin əməkdaşları stendlə bağlı etirazlarını sərgi rəhbərliyinə şifahi olaraq bildirmələrinə baxmayaraq, stend sökülməyib. Məsələ ilə bağlı Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev İspaniyanın Xarici İşlər Nazirliyinə etiraz notası göndərib.

Qeyd edək ki, ötən il keçirilmiş sərgidə Azərbaycan da iştirak etmişdi. (AzərTac)

Tarix
2014.01.23 / 01:41
Müəllif
Axar.az
Digər xəbərlər

Putinin buna razılıq verəcəyini gözləyirik - Merz

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla