Yuxarı

Politoloq : "ATƏT seçki prosesini poza bilmədi"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə ölkəmizdə hansısa beynəlxalq əhəmiyyətli tədbir keçiriləndə, yaxud seçki ərəfəsində eyni ssenari və tezislər üzrə qərəzli açıqlamaların, bəyanatların şahidi olur, bəzi beynəlxalq media qurumlarında sifarişli materialların yer aldığını görürük.

Bu barədə Secki-2015.az saytına açıqlamasında politoloq Cümşüd Nuriyev bildirib.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun mövqeyinə gəlincə, politoloq deyib ki, Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatdan da aydın olur ki, bu quruma ölkəmizdə keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün hələ iyul ayında dəvət göndərilib: "Avqust ayında bu qurumun Ehtiyacların Qiymətləndirilməsi Missiyası Azərbaycana səfər edib və səfərin yekunlarına dair Qiymətləndirmə hesabatı hazırlayıb. Hesabatda, bu Missiya əsas ekspert heyətinə əlavə olaraq, seçkilərə iştirakçı dövlətlərdən 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçinin ezam olunmasını tövsiyə edib. Azərbaycan tərəfi isə ölkə əhalisinin sayı və müvafiq olaraq 125 seçki dairəsinə uyğun olaraq, 6 uzunmüddətli və 125 qısamüddətli müşahidəçinin təyin edilməsinin məqbul sayıb. Lakin həmin qurum 125 seçki dairəsi və müşahidəçilərin sayı arasında nisbətin hansı meyarlar və metodologiya ilə müəyyən edilməsinə aydınlıq gətirmədən öz mübahisəli tövsiyələri üzrə məsləhətləşmələr təklifini rədd edib. Halbuki, bu təsisat mandatına uyğun olaraq, seçkilərin təşkil edilməsində üzv dövlətlərə texniki dəstək göstərməlidir. Bununla onlar öz Nizamnamələrini pozmuş olublar. Eyni zamanda sözügedən qurum Azərbaycana qarşı növbəti qərəzli münasibətini ortaya qoyub, beynəlxalq prinsiplərə riayət etmədiyini nümayiş etdirib. Azərbaycana qarşı qərəzli münasibətin arxasında erməni maraqları dayanır. Məhz erməni diasporu, lobbisi istəyir ki, Azərbaycanın adı daim mənfi hallarla əlaqələndirilsin".

C.Nuriyev deyib ki, Azərbaycanın dünyada baş verən proseslərə müstəqil baxışı var.

Onun sözlərinə görə, məhz bu cür siyasət bəzi Qərb dairələrini qıcıqlandırır və belə olan halda qərəz, təzyiq, təsir, qarayaxma kampaniyaları işə düşür: "Necə olur ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Almaniyadakı seçkiləri izləmək üçün 3, ancaq 9 milyon əhalisi olan Azərbaycana 400 nəfər müşahidəçi göndərir? Bu, hansı kriteriyalara uyğundur? Aydındır ki, sözügedən qurum bu sayda müşahidəçini Azərbaycana göndərməkdə başqa məqsəd daşıyır. Demokratik Təsisatlar və İnsan Haqları Bürosu müşahidəçi adı altında 400 nəfəri qeydiyyatdan keçirib Azərbaycan daxilində onlar vasitəsi ilə qarışıqlıq yaratmaq, seçki prosesini pozmaq niyyəti güdüb. Azərbaycanda bu alınmadığı üçün indi onlar müxtəlif qərəzli bəyanatlar səsləndirməklə məşğuldurlar".

Tarix
2015.11.04 / 10:29
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla