Yuxarı

Türkiyə ABŞ-a qalib gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ABŞ-a qalib gəldi

ABŞ artıq YPG-yə silah-sursat verməyəcək.

Axar.az xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ-ın İraq və Suriyada apardığı əməliyyatların sözçüsü Stiv Varren deyib.

O, bundan sonra silah yardımının yalnız Suriya müxalifətinə ediləcəyini bildirib:

"ABŞ artıq peşmərgəyə silah-sursat verməyəcək. Daha öncə havadan göndərdiyimiz silahlar Suriya Ərəb Koalisiyası üçündü. Bundan sonra bütün silah yardımı yalnız Suriya müxalifətinə ediləcək. Hazırki siyasətimiz budur. Türkiyənin bu məsələdə narahatlığını anlayırıq. Türkiyə NATO-nun üzvüdür və İŞİD-lə mübarizədə yaxın müttəfiqimizdir".

Qeyd edək ki, ABŞ oktyabrın 12-də PYD-yə 50 ton silah göndərib. ABŞ-ın bu addımı Türkiyə tərəfindən etirazla qarşılanıb.

Türkiyə YPG-ni terror təşkilatı kimi qəbul edir. Lakin ABŞ və Rusiya Ankaraya qarşı çıxaraq PYD-nin terror təşkilatı olmadığını bildirir.

Tarix
2015.11.05 / 10:31
Müəllif
İlham Sahiloğlu
Digər xəbərlər

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla