Yuxarı

İkram Şirinovun maşını necə yanıb? - Hakimdən açıqlama

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mənim maşınımın yandırılması barədə mediada yayılan xəbərlərin heç bir əsası yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinov bildirib.

Mediaya açıqlığı və ictimai həssaslığı ilə fərqlənən dəyərli hakimlərimizdən İkram Şirinov bildirib ki, noyabrın 1-də həqiqətən ona məxsus avtomobildə yanğın baş verib. Yanğının baş vermə səbəbi isə avtomobildə yaranan qısaqapanma olub:

"Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadasını da dəvət etdik. Əslində, yanğının qarşısını almışdıq, sadəcə, sığorta məsələlərinə görə FHN rəsmi araşdırma aparıb, rəy verməli idi. Artıq yanğının qısaqapanmadan baş verdiyi də rəsmən təsdiqlənib və rəy verilib".

Mediaya daim açıq olduğunu bildirən İ.Şirinov belə yanlış məlumatın tirajlanmasından təəssüfləndiyini vurğulayıb:

"Təəssüf edirəm ki, texniki nasazlıqdan baş verən xırda bir yanğın təhrif olunmuş şəkildə ictimailəşdirilib. Məlumatı yaymazdan öncə dəqiqləşdirmək, rəsmi qurumlar və ya mənim özümlə əlaqə saxlamaq vacib idi".

Qeyd edək ki, bu gün Bakı Apelyasiya Məhkəməsinin hakimi İkram Şirinova məxsus "Hunday Santa Fe" markalı, ağ rəngli avtomobilin yanması barədə məlumat yayılıb. Media avtomobilin yandırılması haqda ehtimal da irəli sürüb.

Tarix
2015.11.05 / 20:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla