Yuxarı

Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur - Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Müsəlmanın Quranı qorumaq vəzifəsi yoxdur - Deputat

Avropada Qurani-Kərimin yandırılması, peyğəmbərin karikaturasının çəkilməsi və başqa “ənənələr” təbii ki, müsəlman dünyasında qıcıq doğurur. Amma bu məsələlərə yanaşarkən bir qədər islam dəyərlərinə uyğun davranış sərgiləmək lazımdır.

Bu sözləri Axar.az-a millət vəkili Fazil Mustafa deyib.

F.Mustafa qeyd edib ki, bu məsələdə ilk növbədə “Peyğəmbər nə edərdi?” deyə düşünmək lazımdır:

“Biri Quranı yandırırsa, bu, açıq-aşkar təxribatdır. Amma bir Quran yandırmaqla onu sıradan çıxartmaq mümkündürmü? Yaxud bu addım hansısa inancı aradan qaldırmağa yetərlidirmi? Təbii ki, yox! Bu baxımdan insanların belə təxribatçı addımlara qarşı daha mədəni cavab vermələri məqsədəuyğundur. Həmçinin, hadisənin baş verdiyi cəmiyyətin özü tərəfindən bu addımın qınaq obyektinə çevrilməsinə çalışmaq lazımdır. Əks halda, biz məsələni həll edə bilməyəcəyik. Çünki belə hadisə birinci dəfə deyil ki, yaşanır.

Hansısa kitabın yandırılması səbəbindən ölüm hökmü kəsmək, kalikaturaya görə binanı yandırmaq, adamları linç etmək islam prinsiplərinə uyğun davranış kimi qiymətləndirilə bilməz. Vaxtilə Peyğəmbəri də təhqir ediblər. Amma o, bunu heç də qisas zəminində dəyərləndirməyib”.

Millət vəkili bu məsələlərin üzərində daha sistemli, ağıllı cavab addımları atılmalı olduğunu bildirib: “Ancaq bu addımlar heç bir halda zorakılığa dayanmamalıdır. Çünki sonradan bu, daha böyük mənfi nəticələrə səbəb olar.

Digər tərəfdən, insanların Quranın, yaxud Allahın qoruyucusu kimi çıxış etmək öhdəliyi, vəzifəsi yoxdur. İnsanlar təbliğatçıdırlar. Onlar bu nadanlığa və cahilliyə qarşı özlərinin doğrularını təbliğ etməyə davam etməlidirlər. Həmçinin, gerçəkləri dəyişməyə çalışmalıdırlar.

Ancaq Quran yandırmaqla incildilən müsəlman birinci növbədə özünə qarşı atılan, yaşadığı arealda olan və daha çox özünün etdiyi ədalətsizlikdən inciməlidir. Bunu isə özünü islah etmək üçün düşünməlidir”.

Tarix
2023.01.24 / 08:45
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

İliyana Yotova Bakıya gəlir

Türk dünyası üçün də mühüm çağırışlar... - Deputat

WUF13 bunun üçün həlledici məqam olacaq

Prezident Anaklaudia Rossbaxı qəbul etdi - Foto

Gələn ay Bakıda mühüm tədbir keçiriləcək

Bakıda forum: 8 ölkədən nümayəndə iştirak edir

İlham Əliyevin Qazaxıstana səfəri başa çatdı

Prezidentin Qazaxıstan səfərindən - Videoçarx

Prezidentdən xoş xəbər: Yaxın aylarda...

Ermənistan Azərbaycan bayrağı ilə təqdim edildi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla