Yuxarı

Razılaşma: Tiflis Bakısız addım atmayacaq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin Tiflisdə bundan sonra ən azı 100 il ərzində Azərbaycanın həm özünü, həm qonşu, həm də Avropa ölkələrini böyük həcmdə təbii qazla təmin edə biıəcəyini bildirməsi Rusiyadan qaz almağı planlaşdıran Gürcüstan hökumətinə mesaj idi.

Axar.az xəbər verir ki, bu haqda politoloq Elxan Şahinoğlu fikirlərini bölüşüb. Onun sözlərinə görə,Rusiya və Ermənistandan fərqli olaraq Gürcüstanın inkişafı və enerji sabitliyiməhz Azərbaycanla strateji əməkdaşlığın davamlılığından asılıdır:

"Prezident Giorgi Marqvelaşvili Gürcüstanın həmişə Azərbaycanın yanında olacağını, strateji əməkdaşlığın dəyişməz olaraq qalacağını bildirdi. Görünür, bununla o, demək istəyib ki, rəsmi Bakı Tiflisin gələcək planlarından narahat olmasın və bu planlar Azərbaycanın maraqları əleyhinə olmayacaq. Məsələn, İlham Əliyevin Tiflisdəki görüşlərində razılaşdırılıb ki, iki ölkə həm bölgədə, həm də dünyada nəqliyyat sahəsində birgə siyasət aparacaqlar. Bu o deməkdir ki, Gürcüstan Rusiya ilə Ermənistanı birləşdirən dəmir yolu xətti ilə bağlı qərarında Azərbaycanın rəyini nəzərə almalıdır".

Politoloq Tiflisin Azərbaycanın maraqları əleyhinə riskli addımlar atmayacağını deyib:

"Problem ondadır ki, Gürcüstan hökuməti prezidentə tabe deyil. Hökumətin arxasında isə oliqarx və keçmiş baş nazir Bidzina İvanaşvili dayanır. O isə Rusiyadan qaz almağı və Ermənistanla strateji əlaqələri inkişaf etdirməyi lazım bilir. Gürcüstanın Rusiyadan qaz alması və Ermənistanla əməkdaşlığı genişləndirməsi Tiflisə problemlər yarada bilər. Çünki Rusiya və Ermənistandan fərqli olaraq Gürcüstanın inkişafı və enerji sabitliyi məhz Azərbaycanla strateji əməkdaşlığın davamlılığından asılıdır. Bu səbəbdən Tiflisin Azərbaycanın maraqları əleyhinə riskli addımlar atmayacağını proqnozlaşdırmaq olar".

Tarix
2015.11.08 / 10:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla