Yuxarı

Bakı anlayır ki, bunu edən ermənipərəst Fransadır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakı anlayır ki, bunu edən ermənipərəst Fransadır

Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir.

Axar.az xəbər verir ki, bunu Report-a açıqlamasında rusiyalı politoloq Yevgeni Mixaylov Avropa Birliyinin (AB) Ermənistana mülki missiya göndərmək qərarını şərh edərkən deyib.

“İrəvanın bu missiyanı iki il müddətinə Ermənistan-Azərbaycan sərhədinə cəlb etmək istəyi açıq şəkildə həm Rusiya, həm də Azərbaycan əleyhinədir. Bildiyim qədəri ilə rəsmi Bakı 2 ay fəaliyyət göstərəcək missiyanın əleyhinə deyildi, lakin 2 il müddətinə və böyük tərkibdə missiyanın göndərilməsi qəbuledilməzdir”, - o bildirib.

Y.Mixaylov vurğulayıb ki, Azərbaycan yaxşı anlayır ki, bu prosesin əsas hərəkətverici qüvvəsi AB-də dəfələrlə anti-Azərbaycan qətnamələrinə lobbiçilik edən ermənipərəst Fransadır:

“AB missiyası Rusiyanın maraqları üçün də son dərəcə təhlükəlidir. Fikrimcə, İrəvan nə etdiyini yaxşı başa düşür. O, Moskva ilə daha əvvəl əldə edilmiş bütün razılaşmalara açıq şəkildə qarşı çıxır, yəni Rusiyaya xəyanət edir”.

Rusiyalı politoloqun fikrincə, Ermənistan bir əldə iki qarpız tutmağa çalışır, görünür o, seçimini artıq edib, lakin hadisələrin necə cərəyan edəcəyini gözləyir:

“Rusiyanın diqqəti Ukraynadakı hərbi əməliyyatlara bir qədər yayındıqdan sonra İrəvanın Moskvaya xəyanət etməsi açıq və aydındır. Ermənistanın məhz bu məqamda dövlətçiliyi üçün çox təhlükəli olan bir oyuna girişməsi təəccüblü deyil”.

Tarix
2023.01.26 / 17:05
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev televiziya və radio işçilərini təbrik etdi

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla