Yuxarı

Kreml Bakıya gələn şəbəkəni nəzarət altına alır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kreml Bakıya gələn şəbəkəni nəzarət altına alır

Rusiyanın "Vimpelkom" şirkəti Gürcüstanın "Kavkasus onlayn" kompaniyasını almaq istəyir.

Axar.az xəbər verir ki, bunu Gürcüstan mətbuatına müsahibəsində "Kavkasus onlayn" saytının təsisçisi Mamiya Sanadiradze söyləyib. Onun sözlərinə görə, əgər "Kavkasus onlayn" Rusiyanın əlinə keçsə, o zaman Rusiya bölgədəki bütün yazışma və telefon zənglərinə nəzarət etmiş olacaq:

"Söhbət 1200 kilometrlik kabeldən gedir. Bunun vasitəsilə Gürcüstan Avropadan gələn interneti Azərbaycan və Ermənistana verir. Bu, Rusiyanın əlində informasiya axınına nəzarət mexanizmi ola bilər. Həmin kabel 2008-ci ildə Qara dənizin altından çəkilib və onun vasitəsilə Avropadan internet bizə kəsə yolla gəlir. Bunun vasitəsilə "Kavkasus onlayn" şirkəti Ermənistana 85%, Azərbaycana 50%, Gürcüstana 55% internet ötürülüşünü təmin edir. 2007-ci ildə Azərbaycan bu kabeli almaq istəyirdi. Əgər bu kabel "Vimpelkom"un əlinə keçsə, Rusiya bütün zənglərə nəzarət edəcək".

Qeyd edək ki, bundan öncə Tiflis Rusiyanın "Qazprom" şirkəti ilə gizli danışıqlara başlamışdı.

Tarix
2015.11.11 / 09:00
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Vahid Ələkbərov amerikalı ilə razılaşdı: 10 milyardlıq satış

Təsdiqləndi, prezident Azərbaycana gələcək

Azərbaycanda hakimlərin xidmət haqqı bu qədər olacaq

Bu, İlham Əliyevin strateji baxışı əsasında qurulur

İlham Əliyevin Kestutis Budrisi qəbuluna dair - Video

İlham Əliyev Hikmət Çətinin ailəsinə başsağlığı verdi

Litvalı nazirdən Azərbaycan vətəndaşlarına müjdə: Viza...

Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi

Əli Əsədov Boçorişvili ilə görüşdü

Azərbaycan və Litva XİN başçıları görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla