Yuxarı

Strateji marağımız Bakı ilə əməkdaşlıqdır - Ukrayna

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Strateji marağımız Bakı ilə əməkdaşlıqdır - Ukrayna

Ukraynanın strateji marağı AB, ABŞ, Türkiyə və Azərbaycanla əməkdaşlıqdır.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ölkənin energetika nazirinin müavini Nikolay Kolesnik deyib.

Kolesnik qeyd edib ki, Ukrayna Xəzər dənizindən AB-yə təbii qazın tranziti və saxlanması üçün sərbəst imkanlar təqdim etməyə hazırdır.

Nazir müavini onu da vurğulayıb ki, Ukrayna bu gün neft-qaz kompleksində əməkdaşlıq çərçivəsində tərəflərin tamhüquqlu tərəfdaşıdır.

“Azərbaycanla əməkdaşlıq çərçivəsində əsas infrastruktur layihələrindən biri neftin Xəzər regionundan AB bazarlarına nəqli üçün yeni marşrutun yaradılması üzrə Avro-Asiya Neft Nəqliyyat Dəhlizi layihəsidir. Biz Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsində maraqlıyıq və təbii qazın nəqli marşrutlarının şaxələndirilməsində əməkdaşlığa hazırıq”, - Nikolay Kolesnik vurğulayıb.

Tarix
2023.02.04 / 20:29
Müəllif
Axar.az
Digər xəbərlər

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

Çin bu təcrübəni Azərbaycanla bölüşməyə hazırdır - Səfir

Sinin Trampa İran müharibəsi ilə bağlı mesajı...

Konqresin erməni şəbəkəsi: Bakıya qarşı oyun başlayır

Bakı-Ankara münasibətləri Astananı da narahat edir

Azərbaycan şirkətlərini Ukraynaya dəvət edirik - Şmıqal

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Səfirimiz Binəli Yıldırımla görüşdü

Ərdoğan Bakıya gəlir: Pərdəarxası məqamlar...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla