Yuxarı

Sentyabr döyüşləri haqda sensasiya: Arutyunyandan etiraf

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sentyabr döyüşləri haqda sensasiya: Arutyunyandan etiraf

Sentyabr döyüşlərindən sonra Rusiya sülhməramlıları vasitəsilə Qarabağdan Ermənistana separatçı birliklər gətirilib.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu məlumatı “Hraparak” qəzeti yayıb.

Məlumata görə, Ermənistana göndərilən dəstə Cermuk (İstisu) şəhərində yerləşdirilib. Bu birliklərə isə qondarma rejimin Təhlükəsizlik Şurasının hazırkı rəhbəri “Çolka” ləqəbli Ararat Melkumyan, “Milli Təhlükəsizlik Xidməti”nin rəhbəri Qraat Yesayan və “xüsusi təyinatlıların komandiri” Roland Aydinyan rəhbərlik edib.

Qəzet bu məlumatın sentyabrın 24-də Ermənistan rəsmiləri tərəfindən təkzib olunsa da, Araik Arutyunyanın Moskvaya getmədən öncə etdiyi çıxışı zamanı təsdiqlədiyini bildirib. Belə ki, 200 nəfərlik auditoriya qarşısında çıxış edən separatçı “lider” “sentyabr döyüşlərindən dərhal sonra Ermənistana qoşun göndərdik” sözlərindən istifadə edib. Bununla belə Arutyunyan qondarma rejimdə silahın olduğunu, amma Bakı ilə dialoqun həddən artıq vacib olduğunu sakinlərə çatdırıb.

Qəzet həmçinin ötən bazar günü keçirilən görüşün yeni detallarını da açıqlayıb. Belə ki, Arutyunyan çıxışı zamanı Ermənistan hakimiyyət nümayəndələrinin ona Qarabağla bağlı aktiv fəaliyyət apardıqlarını və beynəlxalq strukturlara müraciət etdiklərini bildirib. Lakin Arutyunyan bu prosesə inanmadığını söyləyib. Separatçı “lider” verilən bəyanatların heç bir dəyər kəsb etmədiyini vurğulayıb. Bunun üçün Ermənistanın 26 il ərzində BMT TŞ qətnamələrini icra etməməsini nümunə göstərən Arutyunyan Azərbaycan üçün də son verilən bəyanatların heç bir əhəmiyyəti olmayacağını deyib.

Qeyd edək ki, keçən bazar günü keçirdiyi görüşdə Arutyunyan həmçinin Rusiya sülhməramlılarına güvənməməli olduqlarını və separatçıların Bakı ilə birbaşa danışıqlara getməli olduğunu elan edib. O, yalnız bunun sayəsində Laçın yolundakı vəziyyətin yoluna qoyulacağını bildirib.

Tarix
2023.02.05 / 00:13
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla