15 gündə qarın piyini əridən içki
02:05
Ana səhifə Gündəm |
Bu gün Fransanın paytaxtı Parisdə Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Eduard Nalbandyan arasında görüş keçiriləcək.
Bu barədə məlumatı ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik sosial şəbəkədəki səhifəsində yayıb.
Görüş vaxtı tərəflərin Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcəyi, həmçinin iki ölkə prezidentlərinin fevralda baş tutacaq görüşlərinin vaxtının müəyyənləşəcəyi bildirilir.
Xatırladaq ki, tərəflər sonuncu dəfə 2013-cü il dekabrın 5-də Ukraynanın paytaxtı Kiyevdə ATƏT-in Minsk Qrupuna həmsədr ölkələrin nümayəndə heyətləri rəhbərlərinin toplantısında görüşmüşdülər (Anspress).
Tarix
2014.01.24 / 09:00
|
Müəllif
Axar.az
|