Yuxarı

Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zakir Həsənov işdən çıxardığı polkovniki geri qaytardı – Özəl

Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənov işdən azad edərək sərəncama göndərdiyi ədliyyə polkovniki Rauf Kişiyevi yenidən hüquq idarəsinin rəisi vəzifəsinə təsdiq edib.

Bu barədə "Axar.az"a Müdafiə Nazirliyindəki mənbələrdən məlumat daxil olub. Xəbərdə qeyd olunur ki, Rauf Kişiyev hazırda Nazirlikdə işini davam etdirir və indi də iş otağındadır .

MN Hüquq idarəsinin rəisi R.Kişiyevlə bərabər, həmin idarənin işdən azad edilərək sərəncama göndərilən bir neçə əməkdaşı da yenidən öz yerlərinə qaytarılıb. Nazirlikdən verilən məlumatda qeyd olunur ki, digər idarələrin də bir neçə ay əvvəl işdən çıxarılan əməkdaşları yeni əmrlə vəzifələrinə bərpa olunublar.

Xatırladaq ki, bir neçə gün əvvəl Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmri ilə Rauf Kişiyevin vəzifədən azad edildiyi və onun yerinə ehtiyatda olan polkovnik leytenant, hüquq elmləri namizədi Aydın Əliyevin təyin edildiyi barədə məlumat yayılmışdı. Müdafiə Nazirliyi R.Kişiyevin işdən azad edildiyi barədə xəbərləri təkzib etsə də, nazirlikdəki mənbəmiz Hüquq idarəsi rəhbərinin və idarədəki bəzi əməkdaşların işə çıxmadığını bildirirdi. 23 yanvar tarixindən isə idarə əməkdaşları - müdir də daxil olmaqla - işlərinin başındadırlar.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı qeyd etdi ki, R.Kişiyevin vəzifədən çıxarılması barədə yayılan xəbərlər "Feysbuk" sosial şəbəkəsində "General-polkovnik Zakir Həsənov" səhifəsinə istinadla verilib: "Biz rəsmən bildirdik ki, bu profil saxtadır. R.Kişiyevin də vəzifədən kənarlaşdırılması ilə bağlı xəbərin heç bir əsası yoxdur və həm cənab polkovnik, həm də idarənin digər əməkdaşları əvvəlki qaydada iş başındadırlar".

Tarix
2014.01.24 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Ölkəmizlə bağlı qərəzli, qeyri-obyektiv sənəd...

Rusiyadan Azərbaycana pul köçürmələri dayandırıldı - Səbəb

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

Möhsün Yazıçıoğlu sui-qəsdin qurbanı olub - 17 illik sirr açıldı

MM-dən ABŞ Konqresinin qanun layihəsinə kəskin etiraz

7 ölkə İranla savaşa girir? - Ekspert

Prezident onu Türkiyəyə səfir təyin etdi

Prezident onu Özbəkistana səfir göndərdi

İlham Əliyev Mirziyayevin ad gününü təbrik etdi

Ukrayna Sankt-Peterburqa zərbə endirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla