Yuxarı

Ermənistan informasiya müharibəsinə başladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Dünən Azərbaycan tərəfi 200 dəfə atəşkəs rejimini pozub".

"Axar.az"ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu açıqlama ilə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat katibi Arçrun Ovanisyan çıxış edib.

Mətbuat katibi dünən Tovuz rayonunun Əlibəyli kəndində 37 yaşlı ananın yaralanmasına qarşı məntiqsiz fikirlər səsləndirib. Onun sözlərinə görə, yalnız Azərbaycan bütün istiqamətlərdə atəşkəs rejimini pozub. "Biz bildiririk ki, Azərbaycan tərəfinin sərhədlərimizi pozması nəticəsində Tavuş əyalətinin (Berd rayonu) Ayqepar kəndinin sakini olan 16 yaşlı qız uşağı ayağından güllə yarası alıb".

Bununla yetinməyən A.Ovanisyan Azərbaycan Ordusunu gənc qızı qəsdən yaralamaqda günahlandırıb. O, hazırda yaralı qızın vəziyyətinin sabit olduğunu bildirib.

Qeyd edək ki, dünən Ermənistan Silahlı Qüvvələrinin atəşkəsi pozması nəticəsində Tovuz rayonunun sakini, bir uşaq anası olan 37 yaşlı qadın yaralanmışdı.

Xatırladaq ki, bu gün Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda ermənilərin dünən və bu gecə ərzində 93 dəfə atəşkəs rejimini pozduğu haqqında məlumat yaymışdı.

Tarix
2014.01.24 / 11:49
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla