Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 İyun 2018


Qarabağ münaqişəsində problemin 85 faizi razılaşdırılıb

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Bu günkü görüş müəyyən mübahisəli məqamların razılaşdırılması məqsədi ilə həyata keçirilir. İndiyə qədər ekspertlər işləyib və bu ekspertlər müəyyən tövsiyələr hazırlayıb.

Konsensus əldə edilmiş məsələləri Xarici İşlər nazirlərinə təqdim ediblər. Xarici İşlər nazirləri də o razılaşdırılmamış məqamlar üzərində yenə fikir mübadiləsi aparacaqlar və prezidentlərin gələn ay nəzərdə tutulan görüşü üçün münaqişənin indiyə qədər prinsipial mübahisə doğran məqamları barədə təkliflər hazırlayacaqlar".

Bu sözləri politoloq Qabil Hüseynli bu gün Parisdə baş tutacaq Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşünü şərh edərkən "Axar.az" dedi.

Qabil Hüseynlinin sözlərinə görə, görüşdə müəyyən kompromislər əldə olunacaq ki, prezidentlər fikir mübadiləsi aparmaq imkanına malik olsunlar: "Ekspertlər indiyə qədər 2003-cü ildən başlayan Praqa proseslərinə söykənərək prinsipial məqamların razılışdırlması prosesini davam etdiriblər: "Düzdü, indiyə qədər tam əhəmiyyətli olmayan, amma bütövlükdə razılaşdırlmağa möhtrac olan 85 faizə qədər məsələlərin razılaşdırlması mümkün olubdur. Amma Azərbaycanın ərazi bütövlüyü, Dağlıq Qarabağın statusu və eləcə də bölgəyə sülhməramlıların gətirilməsi məsələsində dərin fikir ayrılıqları mövcuddur. Bu fikir ayrılıqları barədə konsensus əldə etmək üçün ekspertlər müəyyən iş aparıblar".

Politoloqun fikrincə, Azərbaycan tərəfi ilə Ermənistan tərəfinin mövqelərində diametral bir əkslik var: "Ermənilər deyirlər ki, bütün məsələləri razılaşdıra-razılaşdıra gedək və sonda sülh sazişi imzalayaq. Azərbaycan isə deyir ki, gəlin, böyük sülh sazişinə imza ataq ki, bütövlükdə tərəflərin sülh sazişinə doğru getdiyi öz əksini tapsın. Sonra imzalanmış sülh sazişinin içini dolduraq. Yəni ayrı-ayrı razılaşdırılmamış məqamların tədricən razılaşdırılması yolu ilə böyük sülh sazişinin hazırlanması prosesinə gedək".

Referendum məsələsində fikir ayrılığı

İndi danışıqlar əsasən dörd istiqamətə cəmlənib – Dağlıq Qarabağın statusu məsələsi, ərazi bütövlüyü, bölgəyə sülhməramlı qüvvələrin gətirilməsi və referendum məsələsi. Demək olar ki, bunlar Madrid prinsipləri əsasında formalaşmış fikrilərdir. Azərbaycan isə Madrid prinsiplərini bütünlüklə qəbul etmir. Onun yalnız bir hissəsini qəbul edir. Sülhməramlı qüvvələrin gətirilməsi məsələsində Azərbaycanın köklü etirazı yoxdur. Sadəcə olaraq, sülhməramlı qüvvələrin hansı ölkədən gətirilməsi məsələsində Azərbaycanın öz baxışı var.

Azərbaycan referendumun da Dağlıq Qarabağ miqyasında deyil, Azərbaycanda qəbul edilmiş Referendum haqqında Qanuna uyğun olaraq keçirilməsini istəyir. Ermənistan isə yalnız dağlıq Qarabağ miqyasında və Qarabağ üçün əlahiddə referendum haqqında qanunla keçirilməsini istəyir.

Tərəflər İsveçrə modelini müzakirə edəcək

"Onu da deyim ki, indi ATƏT-in sədri olan İsveçrə münaqişənin həlli yolunda "İsveçrə modelini" irəli sürür. İsveçrə modeli isə Dağlıq Qarabağa ən yüksək idarəetmə statusunu verir. İsveçrədə kantonlar var. Kantonların özünün parlamenti, nazirlər kabineti var, amma İsveçrənin müdafiə və xarici işlər məsələsi İsveçrə mərkəzi hakimiyyətinin əlindədir. Mənim fikrimcə, bu təklif Azərbaycanı qane edəcək. Çünki bu, Azərbaycanın ərazi bütövlüyünü təmin edir", - deyə Qabil Hüseynli fikirlərini yekunlaşdırır.

Tarix
2014.01.24 / 12:25
Müəllif
İlqar Vəliyev
Şərhlər
Загрузка...
Digər xəbərlər

Paşinyanın Kəlbəcər səfərinin sirri...

Ordumuzun atəşi altına düşən erməni postları - Video

Ordumuz bu ərazini də işğaldan azad etdi - Video

Azərbaycan dünyanı bu silahlarla heyrətə salacaq - Siyahı

Bakı ilə Tehran arasında memorandum imzalandı

Orduda növbəti komanda-qərargah təlimi keçirilir - Foto

BMT: Bakı bu iztirab və çətinlikləri yaxşı anlayır

Türkiyənin 100 hərbçisi Bakıda - Foto

DİM sədri Şəkiyə gedir - Qəbul

Onların pensiyaları yenidən hesablanmaqla ödəniləcək

KULT
<>
Xəbər xətti
 

Səsvermə sona çatdı, nəticələr hesablanır

Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla