Yuxarı

Kremlin xəbərdarlığı erməniləri susdurdu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremlin xəbərdarlığı erməniləri susdurdu - Video

09:08

Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodinin “Avropa institutları istiqamətində pay sahibi olanlar sadəcə olaraq ölkəni itirə bilərlər” sözləri Ermənistanda olduqca ehtiyatla qarşılanıb və böyük rezonans doğurub. Aydındır ki, bu xəbərdarlıq bütövlükdə İrəvana ünvanlanıb. Çünki Azərbaycanla sərhədində AB missiyası yerləşdirməkdə maraqlı olan Ermənistandır. Əgər İrəvan buna təhlükəsizliyinin təminatı kimi baxırsa, Kreml bunu Cənubi Qafqazda maraqlarına meydan oxumaq kimi qəbul edir.

Axar.az xəbər verir ki, Volodinin bəyanatından bir neçə gün keçməsinə baxmayaraq, rəsmi İrəvan hələ də onun sözlərinə şərh verməyə tələsmir. Nəinki erməni hakimiyyəti, hətta tanınmış müxalifət nümayəndələri də reaksiya vermirlər.

Həm iqtidar, həm də müxalifətin susqunluğu isə ermənilərin narazılığına səbəb olur.

Erməni sosial şəbəkə seqmentində, eləcə də bəzi media orqanlarında ölkənin rəsmi qurumlarının Kreml qarşısında susması tənqid edilir. Xüsusilə də Kremlin təhdidi qarşısında qorxu və İrəvanın susqunluğuna görə məyusluq hiss olunur. Bəzi erməni millətçiləri Ermənistan hakimiyyətinin reallığı tam dərk etmədiyini yazır. Hələ ki, yalnız bəzi “müstəqil” (oxu: hakim qüvvəyə yaxın olanlar) ekspert qurumları Volodinin sözlərinə yumşaq şəkildə cavab verir.

Köçəryan və Sərkisyan komandası isə ümumiyyətlə Kremlin təhdidi ilə bağlı istənilən mövzudan qaçır.

Tarix
2023.02.16 / 12:48
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Fransa niyə “dağılır”? - Alov Avropanı bürüyəcək

İlham Əliyev Tokayevi təbrik etdi

İrandan ABŞ-a yeni təklif: Hörmüzü açırıq, əvəzində...

1991-ci ildən sonra Rusiya ilə bağlı səhv etdik - Ruge

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla