Yuxarı

Pəhləvilər milli kimliyimizi silmək istədi – Əkbər Azad

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Pəhləvilər milli kimliyimizi silmək istədi – Əkbər Azad

Çoxmillətli İran dövlətində biz dilimizi qorumağa məcburuq. Kimliyimizi qoruya bilməsək, assimilyasiya olub, əriyib sıradan çıxacaq, hakim fars şovinizminə təslim olacağıq. Farsların hamısı haqqında bunu demək olmaz. Amma Pəhləvi rejimi şovinizm və irqçilik əsasında qurulmuşdu.

Bu sözləri Axar.az-a ana dili fəalı Əkbər Azad Beynəlxalq Ana Dili Günü ilə bağlı danışarkən deyib.

Doğma dilin əhəmiyyətini vurğulayan milli fəal rejimin tariximizi, dilimizi məhv etmək üçün uzun müddət çalışdığını diqqətə çatdırıb:

“Dil və düşüncə bir-biri ilə sıx əlaqədədir. Dil olmasa, düşüncə yarana bilməz. Dil özü də təfəkkür və düşüncədən qidalanır. Beynəlxalq Ana Dili Günü BMT tərəfindən rəsmi olaraq qəbul olunduqdan sonra Güney Azərbaycanda yaşayan milli, mədəni fəallar çalışırdılar bu günü bayram etsinlər. Bu gündən istifadə edib, öz kimliklərini saxlasınlar. Odur ki, Fevralın 21-i bizim üçün şənlik bayramı hesab olunurdu. Əvvəllər açıq-aşkar bu günü rahat qeyd edə bilirdik. Mərasimlər, müxtəlif tədbirlər təşkil olunurdu. Lakin son illər basqılar artıb. Bu bayramı ana dili fəalları artıq öz evlərində keçirirlər. Bundan, təxminən, 10 il öncə İranın müxtəlif şəhərlərində bayram münasibətilə böyük mərasimlər qurulmuşdu. O zaman Tehranda və Əhərdə qurulan mərasimlərdə iştirak edənlər yaxalandı. Onların arasında mən də vardım. Başqa dostlarla birgə bizi tutdular, ağır cəzaya məruz qaldıq. İki il həbs və iki il də sürgün cəzası aldım. Başqa dostlarımı da cəzalandırdılar”.

Milli fəalın sözlərinə görə, Güney Azərbaycanda yaşayan insanlar özünü dil və kültür baxımından türk, vətəndaşlıq baxımından isə azərbaycanlı hesab edirlər:

“Pəhləvi zamanında türklərə qarşı ağır basqı olub. Azərbaycan türklərini və digər türkləri əzib, kimliklərini tapdalamaq istəyiblər. Çalışıblar bizə “azəri” desinlər və bizim türklüyümüzü dansınlar. Eyni siyasəti indiki rejim davam etdirir”, - o bildirib.

Tarix
2023.02.21 / 08:45
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

ABŞ və Rusiya bu ölkədə savaşa girir - Ekspertdən sensasiya

Hikmət Hacıyev Fərhad Pirinççi ilə görüşdü

Tarixi foto: Kozinoğlu Elçibəylə birgə... - Foto

Bu ölkə parçalanır - 4 yeni dövlət yaranır

“Qurdlar Vadisi”nin ssenaristləri 2,5 saat ifadə verdilər

"Sülh Körpüsü" erməni mediasının bu mövqeyini pislədi

İlham Əliyev 500 min dollarlıq mükafatı bu fonda ayırdı

Bakıda 12 yaşlı uşaq "Roblox"a görə binadan özünü atdı

Ermənistanı Aİİ-dən çıxarmaq mümkün deyil - Rubinyan

İlham Əliyev Nəhyanla görüşdü, sənədlər imzalandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla