Yuxarı

Güneyli fəaldan həyəcan: Dilimiz məhv olur

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Güneyli fəaldan həyəcan: Dilimiz məhv olur

İranda yaşayan Güney azərbaycanlıların dili məhv olmağa doğru gedir və biz onu qoruya bilmirik. Xalqın müəyyən hissəsi özü könüllü olaraq öyrənib. Qalanlarında isə oyanışın çox təsiri yoxdur. Dillərində fars sözlərinin artmasının şahidiyik.

Bu sözləri Axar.az-a güneyli fəal Kürşad Ağdərəli Beynəlxalq Ana dili Günü ilə bağlı danışarkən deyib.

O, İranda yaşayan digər türk xalqlarının da dillərinin məhv olmaq üzrə olduğunu bildirib:

“İrandakı türklər fars sisteminin “əritmək” siyasətinə daha çox məruz qalırlar. Xüsusilə də böyük şəhərlərdə. Texnologiyanın, internetin ortaya çıxdığı dönəmdən farsmərkəzli hakimiyyət istər radio, istər televiziyada, xüsusilə də məktəblərdə “əritmək siyasətini” çox şiddətli biçimdə gerçəkləşdirirlər. Biz deyə bilmərik ki, ana dilimizi qoruya bilirik. Yox, yetərincə deyil. Amma dirəniş göstərilir. Ziyalı, türk mərkəz düşüncəsinə malik, öz kimliyinə sadiq olan insanlar vasitəsi ilə könüllü olaraq mücadilə aparılır. Az-çox öz tariximizi öyrənməyə qəzetlər və dərgi çıxıb, kitablar yazılıb. Son vaxtlar isə dilimizin vəziyyəti çox acınacaqlı durumdadır. On-on beş il bundan öncəyə qədər ucqar yerlərdə daha sağlam, daha təmiz Azərbaycan türkcəsi danışılırdı”.

Tarix
2023.02.21 / 09:19
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla