Türkiyənin ev sahibliyi ilə keçirilən G20 zirvə
toplantısının ikinci günündə də bir sıra toplantılar baş
tutub.
Zirvə törəni üçün möhtəşəm hazırlıqlar həyata keçirmiş "Qaya"
otelinin mədəniyyət evində isə G20 liderlərinin xanımlarının
iştirakı ilə maraqlı bir törən düzənlənib. Türkiyənin dünyada daha
da tanıdılması məqsədilə düzəlnlənmiş mərasimdə Azərbaycanın
birinci xanımı Mehriban Əliyeva, Türkiyənin birinci xanımı Əminə
Ərdoğan, həmçinin Yeni Zellandiya, Cənubi Afrika, Hindistan,
İspaniya və digər ölkələrin liderlərinin xanımları iştirak
edib.
Təqribən 2 saata yaxın davam edən törəndən sonra dünyanın dörd
bir tərəfindən gəlmiş media mənsublarına foto və videoşəkilişlər
üçün izn verilib. Xanımlar bərabər fotolar çəkdirdikdən sonra
Yeni Müsavat-ın əməkdaşı Azərbaycan
prezidentinin xanımına yaxınlaşıb, zirvə toplantısı ilə bağlı
dəyərləndirməsini soruşub.
Mehriban Əliyevə açıqlamasında Türkiyənin G20 zirvəsində fəxri
qonaq statusunda Azərbaycana ünvanladığı dəvətindən məmnunluğunu
ifadə edib və qardaş ölkəyə minnətdarlığını bildirib: "İlk növbədə
təşəkkürümü bildirirəm ki, sayın cümhurbaşqanı bizi zirvə
toplantısına dəvət edib. Əlbəttə, Azərbaycanın burda olmağı çox
gözəldir və məncə, hər şey çox uğurlu keçir".
Sualı səmimi şəkildə cavablandıran Mehriban xanım sonda "Yeni
Müsavat"ın əməkdaşı ilə özçəkim etməyə də etiraz etməyib...
Türkiyə prezidentinin xanımı Əminə Ərdoğan da açıqlamasında
G20-nin yüksək səviyyədə davam etdiyini və uğurlu keçdiyini
söyləyib. Daha sonra birinci xanımlar səmimi şəkildə görüşüb
ayrılıblar. Azərbaycan və Türkiyənin birinci ledilərinin
səmimiyyəti və ayrılarkən də bir neçə dəqiqə ikilikdə
söhbətləşmələri xüsusi diqqət çəkib. Bütün bunlar isə dünyanın
nüfuzlu televiziya və qəzet jurnalistlərinin gözü qarşısında baş
verdiyindən həm də dost-düşmənə mesaj kimi anlaşıla bilər.
Qeyd edək ki, G20-nin xanımlarla bağlı toplantısı ilk olaraq
Türkiyənin ev sahibliyi ilə baş tutub.