Yuxarı

Hacı Qamət: “İŞİD-ə qoşulan şiələr də var”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hacı Qamət: “İŞİD-ə qoşulan şiələr də var”

2008-ci ildə məscidə qumbara atılandan sonra buradan istifadə qadağan olunub. Lakin hazırda bizim idarənin müəyyən üzvləri və mən özüm də gün ərzində ibadətimizi burada edirik.

Axar.az xəbər verir ki, bu sözləri Əbubəkr məscidinin imam-camaatı Hacı Qamət Süleymanov deyib.

Sələfi lideri "Modern.az"a geniş müsahibəsində bildirib ki, İŞİD-ə yalnız əhli-sünnələrin, əsasən də sələfilərin daha çox qoşulduğunu iddia etmək düzgün yanaşma deyil:

"Çünki İŞİD-in sıralarında şiələr və qeyri-təriqətlərdən olan insanlar, müxtəlif millətlərin nümayəndələri, ümumiyyətlə, bəlkə də dinlə əlaqəsi olmayan adamlar da var. Bu, bir terror təşkilatıdır".

Hacı Qamətin fikrincə, ibadət edən sələfilərə saqqal saxladıqlarına görə niyə terrorçu kimi baxılmalıdır:

"Saqqal saxlayıb ibadət etmək, yaxud şalvarın balağını qısaltmaq o demək deyil ki, həmin insan radikaldır, yaxud terrorçudur. Müəyyən qüvvələr sələfiliyi nüfuzdan salmaq və bu məzhəbin mənfi obrazını yaratmaq məqsədi ilə bunları həyata keçirirlər".

Tarix
2015.11.17 / 09:58
Müəllif
Emil Salamoğlu
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla