Yuxarı

Məşhur generalımızın maraqlı özəl günü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Məşhur generalımızın maraqlı özəl günü

Bu gün Azərbaycan ordusunun məşhur generallarından biri - Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunları komandanı​, Aprel döyüşləri və Vətən müharibəsində adını şanlı döyüş tariximizə yazmağı bacaran Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyevin ad günüdür.

Hikmət Mirzəyev 29 fevralda anadan olub. Bu tarix 4 ildən bir təkrar olunduğundan, bu gün xüsusilə əlamətdardır: çünki 2024-cü ilin fevralı 29 gündən ibarətdir.

H.Mirzəyev 29 fevral 1968-ci ildə Biləsuvar rayonunda anadan olub. Birinci Qarabağ müharibəsində iştirak edib, xüsusi təyinatlı taborun üzvü olub. 1992-ci ilin dekabrında Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyini azad etmək üçün Mehman Səlimovun komandanlığı ilə aparılmış hücum əməliyyatı zamanı Hikmət Mirzəyev kapitan rütbəsində hərbi birliyin kəşfiyyat bölüyünün komandiri kimi döyüşüb.

Hikmət Mirzəyev 19 yanvar 2002-ci ildə Ulu Öndər Heydər Əliyevin imzaladığı sərəncamla general-mayor ali hərbi rütbəsinə layiq görülüb. 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev general-mayor Hikmət İzzət oğlu Mirzəyevi general-leytenant ali hərbi rütbəsi alıb.

2024-cü ilin yanvarın 12-də Prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant Hikmət Mirzəyev Azərbaycan müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı vəzifəsinə təyin edilib.

24 iyun 2003-cü ildə "İgidliyə görə", 24 iyun 2015-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.

Vətən Müharibəsi Qəhrəmanı Hikmət Mirzəyev həm də “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə", “Şuşanın azad olunmasına görə” “Kəlbəcərin azad olunmasına görə" və “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.

Tarix
2024.02.29 / 09:26
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

Erməni lobbisi indi yeni tezis irəli sürür - Yalçın

Azərbaycanın diaspor nümayəndələri saxlanıldı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla