Yuxarı

Əvəz Zeynallının həbsindən 2 il ötdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əvəz Zeynallının həbsindən 2 il ötdü

Bu gün "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallının həbs olunmasının iki ili tamam olur.

2011-ci il oktyabrın 28-də Əvəz Zeynallı Milli Məclisin sabiq deputatı Gülər Əhmədovanın Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə təqdim etdiyi ərizə əsasında həbs edilib. Ona qarşı Cinayət Məcəlləsinin (CM) 311.3.3 (külli miqdarda rüşvət alma), 311.4 (hədə yolu ilə pul tələb etmə), 306 (məhkəmənin qərarını icra etməmə) və 213.1 (xeyli miqdarda vergini ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Uzun müddət davam edən istintaqdan sonra 2013-cü il martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində "Xural" qəzetinin baş redaktoru Əvəz Zeynallıya hökm oxunub. Hakim Ramella Allahverdiyevanın sədrlik etdiyi məhkəmədə baş redaktorun əmlakı müsadirə olunmadan cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarılıb.

Hökmə əsasən baş redaktor 4076 manat cərimələnib, Ə.Zeynallıya həbsdən azad edildikdən sonra 1 il müddətində kommersiya fəaliyyəti ilə məşğul olmaq qadağan edilib.

Məlumat üçün bildirək ki, Ə.Zeynallının "hədə yolu ilə pul tələb etmə"sindən şikayətlənən Gülər Əhmədova hazırda Cinayət Məcəlləsinin 178.3.2-ci (etibardan sui-istifadə etməklə özgənin külli miqdarda əmlakını ələ keçirmə) və 307.1-ci (ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barədə xəbər verməmə) maddələri ilə təqsirli bilinir.

Xatırladaq ki, Əvəz Zeynallı Ankara Dövlət Universitetinin hüquq fakültəsinin məzunudur. Banu və Selcan adlı iki qız övladı var.

Tarix
2013.10.28 / 10:50
Müəllif
Axar.az
Digər xəbərlər

AB-dən Ermənistana yaşıl işıq - Rusiyaya görə...

Almaniyadan Rusiyaya cavab: minlərlə raket göndərir

Bu türk ölkəsi ilə viza rejimi sadələşdirilə bilər

İlham Əliyev Dmitri Şlapaçenkonu qəbul etdi

İlham Əliyev Çin Baş prokurorunu qəbul etdi

Səudiyyə Azərbaycanda bu işlərə görə 3 milyon ayırdı

Prezident To Lamı təbrik etdi

Əliyev müasir, ziyalı insandır - Putin

İlham Əliyevin Qırğızıstana səfəri başa çatdı

Səfirimiz Paris meriyasının ittihamlarına cavab verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla