Yuxarı

İran Fəriddən bu məqsədlə istifadə edəcək – Mərdani

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda yoxa çıxan Fərid Səfərlinin, əslində, İran rejimi tərəfindən tutulması ilə bağlı dəqiq məlumat və bilgilər çox azdır. Amma Azərbaycan hökuməti Səfərlinin İranda itkin düşməsi ilə bağlı Tehrana nota verib və vətəndaşlarına İran səfərlərini təxirə salması ilə bağlı xəbərdarlıq edib.

Bu sözləri Axar.az-a Azərbaycan Öyrənci Hərəkatının (AZOH) sözçüsü Əmir Mərdani deyib.

O, gənc tələbənin siyasi səbəblərdən tutulması ehtimalının yüksək olduğunu vurğulayıb:

“Böyük ehtimalla ortada siyasi səbəblər vardır. Yəni 27 yanvarda elçiliyimizə hücumdan sonra İran və Azərbaycan arasında gərginlik yaşanır. Həmçinin Azərbaycan dövləti İranın casuslarını üzə çıxardı. Yəni Azərbaycan uzun illər onlara səbirlə davranırdı, çalışırdı bu məsələyə toxunulmasın. Səfirliyimizə hücumdan sonra Azərbaycan İran casuslarını ölkədən çıxarmağa başladı. İran da buna təpki verir. İsraillə Azərbaycan arasında olan yaxınlaşma da İranı narahat edən məsələlərdəndir. Dəfələrlə İran tərəfindən buna görə hədələr gəlib”.

İranın başqa ölkənin sivil vətəndaşlarından siyasi məqsədlərlə isitifadə etdiyini dilə gətirən Əmir Mərdani bildirib ki, İran bundan öz maraqları üçün istifadə edəcək:

“İran hər zaman bu məsələlərdən öz ambisiyaları naminə yararlanıb. İranda səfərdə olan əcnəbi vətəndaşları tutaraq, onları girov kimi saxlayır ki, sonra istifadə etsin. Bu, İranın tanınmış metodlarından biridir. Bunu son zamanlarda Belçikaya, Amerikaya, İngiltərəyə, Hollandiyaya, İsveçə tətbiq edib. Çox sayda ölkələr vardır ki, onların vətəndaşını tutub, müzakirələrdə istifadə edib, girovları buraxmağın qarşılığında öz casuslarını o ölkələrdən geri qaytarıb. Girovlar üçün pul da alır. Yəni belə şarlatanlıq və yolkəsənlik edir. Belə görünür ki, İran azərbaycanlı tələbənin tutulmasından faydalanmaq istəyir. Fərid Səfərlinin yoxa çıxmasında şəxsi məsələ yoxdursa, böyük ehtimalla ona “casusluq” ittihamı veriləcək. Bu, İran tərəfindən normalda istifadə olunan yöntəmdir. Tutduğu şəxsin vətəndaşı olduğu ölkə ilə münasibətindən çıxış edərək ona cəza tətbiq edir”.

O, İranın bununla bağlı bənzər təcrübələrindən danışıb:

“İranın İsveçdə həbsdə olan Hamid Nuri adında rejim mənsubu var. İsveçdə ona ağır hökm verilib. Dolayısı ilə İran da bir İsveç vətəndaşını tutub, həmin şəxsə edam cəzası verib. Nə qədər ölkələrdə İrana qarşı basqılar çox olursa, İran da həmin ölkənin vətəndaşlarına ağır təzyiqlər edir”.

Qeyd edək ki, Almaniyada yaşayan Azərbaycan vətəndaşı Fərid Səfərli İrana fevralda səfər edib, 3 martdan isə onunla əlaqə kəsilib. Azərbaycan XİN F.Səfərli ilə bağlı İrana rəsmi müraciət edib.

Tarix
2023.03.12 / 09:30
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Ukraynadan 20 Yanvarla bağlı bəyanat

İlham Əliyev Davosda Stader ilə görüşdü

Azərbaycan xalqının acısını ürəkdən paylaşıram

Bakı 35 il öncə bu gün - Foto

Sual budur ki, təyyarəni vurmaq əmrini kim verib? - Ekspert

Rus hərbçilər kazarmalarını Əskiparadan köçürür

Azərbaycan-Gürcüstan əlaqələri mühüm önəm daşıyır

Arakçı ABŞ-a səfərdən imtina etdi – Səbəb

35 il əvvəl İğdır: “Yol verin, Azərbaycana keçək” - Video

Ermənilər sərhədimizə yaxın yeni qüvvə yerləşdirdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla