Yuxarı

Novruz Məmmədov: "Bu, tarixi hadisədir"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Novruz Məmmədov: "Bu, tarixi hadisədir"

G20 sammiti bu ilin ən mühüm hadisələrindən biridir. Bu sammitdə müzakirə olunan məsələlər uzun müddət müəyyən siyasi mərkəzlərin analitik təhlillərinin diqqət mərkəzində olacaq.

APA-nın məlumatına görə, bunu Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

N.Məmmədov bildirib ki, dünyada ticarətin 80 faizi bu 20 dövlətin payına düşür: "Bu ilin əvvəlindən dünyada proseslər intensivləşib, gərginləşib. Sammit ərəfəsində Parisdə baş verən terror hadisələri toplantıya diqqəti daha da artırdı. Belə terror aktlarının bütün məsələlərə, proseslərə müəyyən təsiri olur. Bu sammitdə də Paris terroru ilə bağlı məsələ geniş müzakirə olundu".

O qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitə xüsusi qonaq kimi dəvət olunub, tədbirlərin hər birində iştirak edib, nitq söyləyib: "Sammitə dəvət Azərbaycanla Türkiyə arasında dostluq, qardaşlıq münasibətlərinin daha bir göstəricisidir. Bu dəvət iki qardaş, tərəfdaş dövlətin beynəlxalq aləmdə gedən proseslərə mühüm təsirinin olduğunu nümayiş etdirir. Azərbaycan prezidenti ilə yanaşı, Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan da çıxışında Azərbaycanın beynəlxalq, xüsusilə enerji sahəsində əməkdaşlıqda mühüm rol oynadığını qeyd etdi. Azərbaycan dövlət başçısının bu sammitdə iştirakı tarixi hadisədir".

N.Məmmədov bildirib ki, Azərbaycan prezidenti sammit çərçivəsində keçirilən iclaslarda iqlim dəyişiklikləri, dünya iqtisadiyyatının inkişafı, enerji təhlükəsizliyi, işsizliyin ləğvi, sərmayə strategiyası, qlobal çağırışlar, təhlükəsizlik kimi mövzularla bağlı çıxışlar edib, fikirlərini çatdırıb: "Prezident təhlükəsizliklə bağlı çıxışında Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha vurğuladı, Azərbaycan həqiqətlərini topantı iştirakçılarının diqqətinə çatdırdı".

Tarix
2015.11.20 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Urmiya gölü ilə bağlı yeni xəbər

Prezidentdən dünya çempionatı ilə bağlı paylaşım - Video

Qızlarımızı İrana “çağıran” nazirin əsl siması...

FİFA prezidentindən Əliyevə xatirə hədiyyələri - Foto

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

Qubadlının işğaldan azad edilməsindən 6 il keçir

Elçin Yusubov Korrupsiyaya qarşı Baş İdarəyə çağırıldı

Cənubi Qafqaz sülh nümunəsinə çevrilib

Azərbaycan XİN İordaniyada kilsəyə hücumu pislədi

Qubadlının dirçəlişi Dövlət Proqramının mühüm hissəsidir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla