Yuxarı

“Traxtor” oynadı, azərbaycanlılar tutuldu - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Traxtor” oynadı, azərbaycanlılar tutuldu - Video

Dünən Təbrizin "Səhənd" stadionunda yerli "Traxtor" klubu "Siyahcameqan" komandası ilə qarşılaşıb.

Axar.az xəbər verir ki, görüşdə komandaların heç biri uğur qazana bilməyib və oyun heç-heçə başa çatıb.

Oyun zamanı stadionda olan azərbaycanlı azarkeşlər dayanmadan müsabiqədə "Azərbaycan milləti – Çəkməz belə zilləti", "Hüseyn-Hüseyn şüarımız – Türk olmaq iftixarımız", "Ölüm olsun faşizmə", "Haray-haray, mən türkəm", "Biz ölməyə hazırıq – Babəkin sərbazıyıq", "Türk dilində mədrəsə – olmalıdır hər kəsə" və s. kimi şüarlar səsləndiriblər. Qarşılaşma başa çatdıqdan sonra isə "Traxtor" azarkeşləri stadiondan kənarda da müxtəlif şüarlar səsləndirərək, aksiya keçiriblər. Nəticədə bir neçə nəfər şəxs saxlanılıb.

Saxlanılanların milli fəallar Mehdi Şərifi, Məhəmməd Şirzad, Mehdi Şirzad, Cəfərpur, Hadi Hüseynzadə və Məcid Nağızadə olduğu bildirilib.

Qeyd edək ki, hazırda İran çempionatında "Traxtor" klubu 10-cu pillədə qərarlaşıb.

Tarix
2015.11.21 / 11:47
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla