Yuxarı

Əli Əhmədov dərman qıtlığından danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əli Əhmədov dərman qıtlığından danışdı

Hesab edirəm ki, vətəndaşlar dərmanların qiymətinin ciddi şəkildə aşağı düşməsindən məmnundurlar. Dərman çatışmazlığı ilə məsələlər isə texniki məsələlərdir, zaman keçdikcə bunlar öz yoluna düşəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyasının sədr müavini - icra katibi Əli Əhmədov ölkədə dərmanların vahid qiymətlə satılmasına başlanıldıqdan sonra bəzi adda olan preparatların satışda tapılmamasına münasibət bildirərkən deyib.

Baş nazirin müavini bununla bağlı onlara da siqnalların gəlib çatdığını deyib.

Hazırda bununla əlaqədar iş aparıldığını bildirən baş nazirin müavini qeyd edib ki, apardıqları araşdımalara görə, tərkibi baxımından deyil, ticari adı baxımından dərmanların tapılmamasından söhbət gedir:

"Eyni tərkibdə müxtəlif adlarda olan dərmanlar var. Tərkib və keyfiyyət etibari ilə bu dərmanlar eynidir. Amma onlar müxtəlif firmalar tərəfindən buraxıldığına görə adlarında fərqlər var. Vətəndaşlar yəqin ki, müəyyən adda olan dərmanlara alışıblar. Mən bunu başa düşürəm. Amma eyni tərkibdə olan digər dərmanlara ola bilsin ki, bir qədər ehtiyatla yanaşırlar".

Ə.Əhmədov deyib ki, bu və ya digər xəstəliyi müaicə etmək üçün nəzərdə tutulmuş dərman preparatları müxtəlif adlarda olsa da, satışda var:

"Müəyyən bir müddət keçməlidir ki, vətəndaşlar dərmanın adının deyil, tərkibinin əsas rol oynadığını dərk etsinlər. Bundan sonra problem aradan qalxacaq".

Tarix
2015.11.21 / 12:11
Müəllif
Axar.az
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla