Yuxarı

Qaz limitinin ləğvi təklifinə baş nazirin cavabı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qaz limitinin ləğvi təklifinə baş nazirin cavabı

Azərbaycanda təbii qaza olan daxili tələbat təqribən 14 milyard kubmetr təşkil edir.

Axar.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov parlamentin martın 17-də keçirilən plenar iclasında hökumətin 2022-ci ildəki hesabatının müzakirəsi zamanı səsləndirilən qaz limitinin ləğvi ilə bağlı təkliflərə cavab olaraq deyib.

"Azərbaycan kifayət qədər yüksək qiymətlə qaz idxal edir. Bununla yanaşı özü də ixrac edir. Bu, bazar iqtisadiyyatıdır", - Baş nazir bildirib.

Qeyd edək ki, Azərbaycan 2022-ci ildə 1 milyard 016 milyon 423,6 min kubmetr həcmində təbii qaz idxal edib, bu da illik müqayisədə 2 dəfə artım deməkdir. Azərbaycanın idxal etdiyi qazın dəyəri 130 milyon 634,12 min ABŞ dolları təşkil edib, bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 6,7 dəfə çoxdur.

Azərbaycanın idxal etdiyi qazın böyük hissəsi (84,3%-i) – 857 milyon 066,65 min kubmetr (110 milyon 871,38 min ABŞ dolları) Türkmənistanın, qalan hissəsi isə Rusiya (həcmi - 93 milyon 265,8 min kubmetr, dəyəri – 17 milyon 254,17 min ABŞ dolları) və İranın (həcmi – 66 milyon 091,19 min kubmetr, dəyəri – 2 milyon 508,56 min ABŞ dolları) payına düşüb.

2022-ci ildə Azərbaycan 18 milyard 965 milyon 213,4 min kubmetr qaz ixrac edib. Bu dövrdə qaz ixracından 14 milyard 989 milyon 675,87 min ABŞ dolları məbləğində gəlir (artım 2,7 dəfə) əldə edilib.

2022-ci ildə ixracın əsas həcmi - 11 milyard 45 milyon 320,12 min ABŞ dolları məbləğində 8 milyard 210 milyon 720,07 min kubmetr qaz (bütün ixracın 43,3 %-i) İtaliyanın payına düşüb.

Tarix
2023.03.17 / 18:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla daha bir ölkə arasında məsləhətləşmələr keçirildi

Azərbaycan və Estoniya siyasi məsləhətləşmələr keçirdi

Edi Rama İlham Əliyevi təbrik etdi

Əli Əsədov Özbəkistana səfər edəcək

Slovakiya XİN-in dövlət katibi Azərbaycana gəldi

Azərbaycanın vasitəsilə bu imkanlar açılıb - Paşinyan

30 ildən artıq vaxt keçib, onlar hələ də itkindir...

Ermənistana 17 vaqon dizel göndərildi

Təsəvvür edin, biz Azərbaycana gedirik - Paşinyan

Rəsmi Bakı Paşinyanı təbrik edəcəkmi? - XİN-in cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla