Yuxarı

Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ordumuz son əməliyyatı belə keçirib – Təfərrüat

Xəbər verdiyimiz kimi, Ordumuz Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə lokal zəruri nəzarət tədbirləri həyata keçirib.

Axar.az xəbər verir ki, Ordumuzun keçirdiyi əməliyyatla bağlı sosial şəbəkələrdə və xüsusilə Türkiyə seqmentində məlumat tirajlanıb.

Bildirilir ki, Ordumuz Şuşadan enərək şimalda Kosalar, şərqdə Turşsuya qədər bütün alternativ yolları azad edərək, nəzarətə götürüb.

Ordumuz Şuşa rayonu ərazisindəki 2054 metr hündürlüyü (Sarıbaba dağından 2,9 km şimal-şərqdə) olan yüksəklikdə də nəzarəti ələ keçirib və mühəndis-istehkam işlərinə başlayıb.

Əməliyyatlarda itki olmayıb. Torpaq yollar Ordumuz tərəfindən tam nəzarətə götürülüb. Heç bir qan tökülməyib. Proses azsaylı qüvvə tərəfindən həyata keçirilib. Düşmən qazdığı səngərləri və açdığı yolları bir güllə də atmağa cəsarət etmədən tərk edib.

Tarix
2023.03.25 / 22:59
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

Kestutis Budris Azərbaycana gəlir

İlham Əliyev Ho Şi Minin məqbərəsini ziyarət etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla