Yuxarı

Bu gün Xankəndi yolundan 92 avtomobil sərbəst keçdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu gün Xankəndi yolundan 92 avtomobil sərbəst keçdi

Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda azərbaycanlı fəalların dinc şəkildə təşkil etdikləri aksiya 111-ci günündə də gecə saatlarında ruh yüksəkliyi ilə davam edir.

Axar.az xəbər verir ki, hava soyuq və yağmurlu olsa da aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 92 avtomobil maneəsiz hərəkət edib.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.

Tarix
2023.04.01 / 23:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla