Bakıda keçiriləcək II "Global Shared Societies" Forumuna
hazırlıq məqsədilə Yunanıstanın paytaxtı Afina şəhərində 19-21
fevral 2014-cü il tarixində təşkil olunacaq "II High Level Meeting"
(Yüksək Səviyyəli Görüş) öz ətrafında dünya liderlərini toplamaqda
davam edir.
Belə ki, forumun işində Latviyanın sabiq prezidentləri xanım
Vayra Vike-Freyberqa və Valdis Zatlers, Rumıniyanın sabiq
Prezidenti Emil Konstantinesku, İsgəndəriyyə Kitabxanasının
direktoru İsmayıl Seragəldin, Albaniyanın sabiq Prezidenti Rexhep
Meidani, Serbiyanın sabiq Prezidenti Boris Tadiç, Bolqarıstanın
sabiq Prezidenti Petar Stoyanov, Gürcüstan Universitetinin sədri
xanım Giuli Alasania, İsveçrə Prezidentinin müşaviri səfir Valter
Füst, Yunanıstanın sabiq Baş naziri George Papandreous, sabiq
xarici işlər naziri Dora Bakoyannis və bir sıra digər liderlərin
iştirakı nəzərdə tutulub.
Ali toplantı YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna
V.Vardinoyannisin himayəsi və İsgəndəriyyə Kitabxanasının dəstəyi
ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi, Madrid Klubu və Dünya Elmlər
və Mədəniyyət Akademiyası tərəfindən təşkil olunur. (Trend)