Yuxarı

DTX İranın 30 illik “zəhmətini” heçə çıxarır - Mərəndli

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Təbrizdəki konsulluğunun qarşısında etiraz aksiyası keçirməsi İranın daxili auditoriyası üçün nəzərdə tutulan ssenaridir.

Bu sözləri Axar.az-a Güney azərbaycanlıların Böyük Britaniyadakı Koordinasiya Şurasının sədri Savaş Mərəndli deyib.

“İran Azərbaycanın müstəqilliyini həzm edə bilmir. Azərbaycanın qələbəsi, Türkiyə və Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi İranı dərindən sarsıdıb. Buna tədbir görmək üçün köhnə yöntəmlərindən istifadə edərək, öz aləmində səs-küy salmaq istəyir. Azərbaycan demokratik bir ölkədir və istədiyi yerdə diplomatik nümayəndəlik aça bilər. İran İsraili özünün “qırmızı xətti” adlandırsa da, ortaqlıq etdiyi bütün ölkələrin Təl-Əvivlə çox yaxşı münasibəti var. Bu ikiüzlülük daxili auditoriyaya hesablanmış boş sözlərdir”, - o bildirib.

İranın Azərbaycana qarşı iddalarının məntiqi əsası olmadığını qeyd edən Mərəndli molla rejiminin qorxularından söz açıb:

“İran İsraillə Azərbaycan münasibətlərini bəhanə edərək, Azərbaycana qarşı hədələr yağdırır. Bu təhdidlərin arxasında İranın parçalanmaq qorxusu dayanır. Əsas qorxusu isə Güney Azərbaycanın müstəqilliyinə aparan yoldur”.

O, Güney Azərbaycanın müstəqillik yolunda Şimali Azərbaycanın dəstəyinə ehtiyac duyduğunu bildirib:

“Quzey Azərbaycandan da gözləntilərimiz çoxdur. Düşünürəm ki, Azərbaycanın Prezidenti dünya azərbaycanlılarının siyasi lideridir. Güney Azərbaycanın məsələsi Azərbaycanın siyasi gündəmindən düşməməlidir. Bu məsələ milli davamız olduğu üçün bütün partiya və siyasi güclər Azərbaycan Prezidentinə bu işlərdə dəstək olmalıdır. Yəni, Güney Azərbaycan məsələsi azərbaycançılığın əsas məsələsidir. Müstəqil Azərbaycan dövlətinin dəstəyi olmazsa, Güneyin azadlıq davası gecikəcək. İtirdiyimiz hər an isə orda yeni bir zülmün yaşanması deməkdir. İran işğalçı gücləri Azərbaycanın Güneyində 40 milyon insanımızı 100 ildir əsir saxlayır. Təməl insan haqlarımız əlimizdən alınıb, milli kimliyimiz günah sayılıb. Bu zülmü milli varlığımızı yox etməyə yönələn soyqırım kimi dəyərləndirirəm”.

O, İranın Azərbaycana 30 ildə hazırladığı məkrli planın ifşa olunmasından da danışıb:

“İranın Azərbaycanın içində din pərdəsi altında təşkilatlandırdığı satqınlar ifşa olundu. Azərbaycan vətəndaşları arasında yaradılan şəbəkənin mövcudluğu İranın Bakıya qarşı hər zaman pis niyyətinin olmasından xəbər verir. İran illərdir Azərbaycanda “Huseyniyyun” terror şəbəkəsi qurmaq üçün milyonlarla pul yatırmışdı, çox işlər görmüşdü. Azərbaycan xüsusi təhlükəsizlik orqanları İranın 30 illik “əməyini” boşa çıxartdı. Azərbaycanda dövlətçilik ənənəsinin üst qatda dayandığını sübut etdi”.

Mərəndli İranın Azərbaycana qarşı bir çox məsələlərdə dözümsüz davrandığını, çox vaxt uğurlarına qıcıqlandığını bildirib:

“Qarabağ işğalda olduğu zaman İran Güneydə Quzey Azərbaycanı kiçildərək gözdən salmağa çalışırdı. Ordumuz Vətən Müharibəsində torpaqları 44 günə azad etdi. İranın bu imkanları da əlindən alındı. Güney Azərbaycanda Şimalla birləşmək və müstəqil olmaq arzusu gündən-günə çoxalır. Bölgə siyasətində Güney Azərbaycan önəmli yerdədir. Bu, İranı daha da qıcıqlandırır, Azərbaycanın öz problemlərini heç kimin köməyi olmadan həll etməsinə dözə bilmir. İran qonşularına, ətraf ölkələrə çox böyük problem yaratmağa davam edir. Bölgəmizin iqtisadi cəhətdən inkişaf edə bilməməsi İranın yaratdığı problemlərdən qaynaqlanır. Tehran anlamalıdır ki, bu coğrafiyada biz olmadan davamlı düzən qurmaq olmaz. Bunun üçün Azərbaycanın fikirləri nəzərə alınmalıdır”.

Tarix
2023.04.06 / 08:30
Müəllif
Vüsalə İsgəndərova
Şərhlər
Digər xəbərlər

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla