Yuxarı

Azərbaycanda “Kərimə dövlət”in ünvanı - Xəritə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanda “Kərimə dövlət”in ünvanı - Xəritə

Azərbaycanda “Kərimə dövləti” qurmaq istəyənlər bu planlarını “Quql məp”ə də yerləşdirib. Axtarış sistemində “Azərbaycan Kərimə dövləti” yazdıqda Bakıda ünvan göstərilir: Süleyman Əhmədov küçəsi; koordinat - 9WH7+5XR;

Xəritə üzərindən araşdırdıqda Süleyman Əhmədov küçəsi yaxınlığında göstərilən ünvanda konkret nəyin yerləşdiyi əks olunmur. Bu addımın iki məqsədi ola bilər:

- “Kərimə dövləti” təbliğatını aparanlar beynəlxalq axtarış sisteminə konkret ünvan əlavə etməklə niyyətlərinin reallığını göstərməyə çalışırlar;

- İranın xəritədə əks olunan ünvanla bağlı hansısa gələcək planları var;

Birinci versiya hazırda daha çox ehtimal ediləndir. Son bir ildə qondarma “Kərimə dövləti” iddiası ilə bağlı Azərbaycanın auditoriyasına hesablanmış təbliğat “yaxın zamanda böyük hadisələrin olacağı” mesajı üzərində qurulub. İstisna deyil ki, “Kərimə dövləti” üçün xəyali ünvanın yaradılması ilə təbliğatın təsir imkanlarını gücləndirmək və “proses başlanıb” görüntüsü yaratmaq istəyirlər. O da istisna deyil ki, bu xəyali ünvan Azərbaycanda “dindarların etirazı” adı altında iğtişaş planları tətbiq edilərsə, hadisələrin idarə olunacağı məkan rolunu da oynaya bilər.

Tarix
2023.04.10 / 10:38
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla