Yuxarı

Azərbaycanlı əsgər Paşinyanın arvadının olduğu evə girib? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycanlı əsgər Paşinyanın arvadının olduğu evə girib? - Video

Ermənistan dünəndən etibarən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri haqda müxtəlif uydurmalar tirajlayır.

Axar.az Publika.az-a istinadən xəbər verir ki, dünən iki azərbaycanlı əsgərin Qərbi Zəngəzurda gördüklərini deyən ermənilər bu gün “3 azərbaycanlı var idi” deyirlər.

Sisian polisi isə “3 deyil, bəlkə 6-dır” kimi iddialar irəli sürür. Baş verənlər ermənilərin saxladıqları idda edilən “azərbaycanlı əsgərin” də ssenari olduğu versiyasını gücləndirir. Lakin o dəqiqdir ki, Qərbi Zəngəzur bölgəsində yaşayan ermənilər ciddi şəkildə təşvişə düşüb.

Ermənilərin ən maraqlı iddialarından biri azərbaycanlı əsgərin getdiyi evlə bağlıdır.

“Hraparak” qəzeti iddia edir ki, saxlanılan azrbaycanlı əsgərlərdən biri Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın 44 günlük müharibədən sonra ziyarət etdiyi evə daxil olub.

“Cəmi bir neçə ay əvvəl Anna Akopyan Benunis kəndini ziyarət edərək, müharibədə ölən Qor Qasparyanın evinə gəlmiş, ailə ilə görüşmüşdü. Əldə etdiyimiz məlumata görə, Benunis kəndinə gələn azərbaycanlı əsgərin daxil olduğu ev də məhz Akopyanın ziyarət etdiyi evdir”, - qəzet iddia edir.

Görünür, məsələ tam dəqiqləşməyən qədər ermənilərin uydurmaları davam edəcək.

Tarix
2023.04.11 / 09:32
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyevdən Konstitusiya Günü ilə bağlı paylaşım

Bu gün Azərbaycanda Konstitusiya Günüdür

Ərdoğan COP31-də onun üzündən öpdü - Video

Ermənistana etiraz: Bu, bəşəri dəyərlərə hörmətsizlikdir

Leyla Əliyeva Antalyada Azərbaycan pavilyonunda - Foto

Qalstukundakı simvolla mesaj verdi: mənası bu imiş - Foto

Ərdoğan Paşinyanı "Sənə də qalmaz"la qarşıladı - Video

QMİ-dən İrəvandakı Göy məscidlə bağlı etiraz

Nazir Polşa səfirliyində: Başsağlığı verdi - Video

Əl-Əqsa və Göy Məscid: İranın siyasətinin əsl mahiyyəti

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla