Yuxarı

Qərbi Azərbaycan İcmasından Leyenə müraciət

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir qrup Qərbi azərbaycanlı qadın Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenə müraciət ediblər.

Bu barədə Axar.az-a Qərbi Azərbaycan İcmasından məlumat verilib.

Onlar müraciətdə Ermənistanın törətdiyi etnik təmizləmə və digər insanlıq əleyhinə cinayətlər barədə məlumat verib, eləcə də qadın və uşaqların xüsusi ehtiyacları nəzərə alınmaqla, azərbaycanlıların öz vətənlərinə təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarına Avropa Komissiyasının praktik yardımlarını xahiş ediblər.

Qərbi Azərbaycandan olan ziyalı qadınlar və gənc tələbə qızların imzaladığı müraciətdə aşağıdakılar bildirilir:

“Ermənistandan qovulmuş azərbaycanlı qadın və qızlar adından bu məktubu Sizə yazaraq davam edən iztirablarımızı diqqətinizə çatdırmaq istərdik. 1989-cu ildə yaradılmış Qərbi Azərbaycan İcmasının məramı Ermənistanda öz evlərini tərk etməyə məcbur olmuş azərbaycanlıların hüquqlarını müdafiə etmək və onların təhlükəsiz və ləyaqətli şəkildə qayıtmalarını təmin etmək məqsədi daşıyır.

Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi total etnik təmizləmə nəticəsində bu ölkədə bir nəfər də olsun azərbaycanlı qalmayıb. Bu, icmamıza dağıdıcı təsir göstərib və xüsusən qadınlar və qızlarımızı böyük əzablara düçar edib.

Qeyd etmək istərdik ki, Qərbi Azərbaycan İcması BMT Təhlükəsizlik Şurasının 1325 saylı qətnaməsinə uyğun olaraq qadınlar, sülh və təhlükəsizlik gündəliyinə xüsusi önəm verir. Təşkilatımızın hazırladığı Qayıdış Konsepsiyasında qadınlar, uşaqlar və sosial baxımdan həssas əhali qrupuna aid edilən şəxslərin maraqları əsas prioritet hesab edilir və bu sahədə beynəlxalq səviyyədə qəbul edilmiş mütərəqqi yanaşma və standartların, o cümlədən qadınlar, sülh və təhlükəsizlik gündəliyinin qayıdış prosesində mərkəzi rol oynaması nəzərdə tutulur.

Biz əminik ki, qadınların rolunun artırılması dinc və sabit cəmiyyət yaratmaq üçün vacibdir və biz bu gündəliyi təşviq etməyə sadiqik. Müvafiq olaraq, repatriasiya və reinteqrasiya prosesinin davamlı və effektiv olmasını təmin etmək üçün qadınların bu prosesdə fəal iştirakını nəzərdə tuturuq.

Biz həmçinin vurğulamalıyıq ki, Ermənistan təkcə azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirməklə kifayətlənməyib, həm də Ermənistandakı Azərbaycan mədəni irsini sistemli şəkildə məhv edib. Mədəni və dini abidələrin, o cümlədən məscidlərin, qəbiristanlıqların və digər müqəddəs yerlərin məhv edilməsi azərbaycanlılara böyük ağrı və iztirablar gətirməklə yanaşı, beynəlxalq humanitar və insan hüquqlarını kobud şəkildə pozur. Bundan əlavə, son otuz il ərazində Ermənistan azərbaycanlıların öz qəbiristanlıqlarını, mədəni irsini və müqəddəs yerlərini ziyarət etmələrinə şərait yaratmaqdan imtina edib, hərçənd belə səfərlər sülh və barışıq üçün mühüm əhəmiyyət kəsb edir. Azərbaycan mədəni irsinə qarşı bu qeyri-insani rəftar və onlara girişin qadağan edilməsi regionda gərginliyi daha da artırır.

Bildiyiniz kimi, təşkilatımızın məramları barədə məlumatlılığı artırmaq və Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə geri qayıtması üçün səylərimizə siyasi dəstək əldə etmək üçün az öncə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə məktub yazmışıq. Fürsətdən istifadə edərək, Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətlərin normallaşdırılmasında Aİ-nin vasitəçi rolunu müsbət müstəvidə qeyd etmək istərdik. Hesab edirik ki, Ermənistandan qovulmuş azərbaycanlıların təhlükəsiz və ləyaqətlə qayıtması, reabilitasiyası və reinteqrasiyası məsələsi bu diplomatik səylərin mərkəzində olmalıdır.

Sözsüz ki, geri qaytarma prosesi beynəlxalq ictimaiyyətdən həm də əsaslı praktiki dəstək tələb edəcək. Biz Avropa Komissiyasının ümumilikdə qayıdışımız üçün və ələlxüsus azərbaycanlı qadın və qızların Ermənistana repatriasiyası, reabilitasiyası və reinteqrasiyası zamanı xüsusi ehtiyaclarının ödənilməsinə xidmət edən proqramların işlənib hazırlanması və həyata keçirilməsi üçün müvafiq praktiki yardımını yüksək qiymətləndirərdik.

Nəhayət, bir qadın və ana kimi Sizin şəxsi dəstəyinizə və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə nəticəsində əziyyət çəkən azərbaycanlı qadın və qızların iztirablı vəziyyətinə anlayış göstərməyinizə bel bağlayırıq.

İnanırıq ki, biz qovulmuş azərbaycanlıların, xüsusən də qadın və qızların təhlükəsiz və ləyaqətlə geri qayıtmalarını təmin etmək və bununla da onların parlaq gələcəyini təmin etmək üçün Sizin dəstəyinizlə uğurla çalışa biləcəyik”.

Tarix
2023.04.11 / 10:26
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Tatar Şuşada dediklərinə görə Fidana təşəkkür etdi

XİN Kolumbiyanın Müstəqillik Gününü təbrik etdi

İlham Əliyevin bu görüşü canlı yayımlanacaq

Paşinyanın imtinası: Bakıya qarşı “2 gücün” oyunu...

Makron “haqlıdır”, Nikol o durumda deyil…

Azərbaycanın və Ermənistanın ərazi bütövlüyü… - İran

ETX Vindovsdakı problemlə bağlı məlumat yaydı

Növbəti “3+3” görüşü Türkiyədə olacaq - Sübhani

Məşhur bakılının adı Rusiya “tarix”indən silindi - Foto

Pezeşkianın göz yaşları və sevgisi… - Nyu York Tayms

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla