Yuxarı

İrəvanda məhv edilən qəbiristanlıqlarımız - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanda məhv edilən qəbiristanlıqlarımız - Foto

1827-ci ildən 1920-ci ilə qədər İrəvan şəhərinin Təpəbaşı səmtindəki məscidi yaxınlığındakı məhəllənin müsəlman qəbiristanlığı dövrün şəhər planlarında sənədləşdirilmişdi. Lakin bu qəbiristanlıq artıq 1943-cü il planında görünmürdü.

Axar.az xəbər verir ki, bunu “İrəvan şəhərində Azərbaycan milli-mədəni, tarixi irsinin sonuncu qalığı Təpəbaşı məhəlləsinin taleyi: Ermənistanda Azərbaycan xalqının irsinin dağıdılması və tarixi izlərin silinməsi” üzrə araşdırmanın müəllifi, tədqiqatçı, tarixçi Səbuhi Hüseynov deyib.

“Müasir peyk görüntüsündən aydın olur ki, qəbiristanlıq ərazisində məhəllə sisteminə əlavə edilmiş yeni yaşayış yerləri salınıb. Təəssüf ki, hələ əlimizdə bu qəbiristanlıqla bağlı sənədlər yoxdur. Ancaq İrəvan şəhərində hər məhəllənin öz məscidi və qəbiristanlığı olub. Şəhərə sonradan köçürülən ermənilərin isə qəbiristanlığı şəhərdən kənarda yerləşirdi. Azərbaycanlılara qarşı ermənilər soyqırım və deportasiya həyata keçirdikdən sonra bu qəbiristanlıqları da məhv ediblər”, - tarixçi yazıb.

Qeyd edək ki, 1-ci plan 1827-ci ilə, 2-ci 1906-1911-ci illərə, 3-cü 1920-ci ilə, 4-cü isə 1943-cü ilə aiddir.

Tarix
2023.04.17 / 12:17
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla