"Gürcüstan bundan sonra da qərbyönümlü siyasətini davam
etdirəcək və yeni layihələr ortaya qoyacaq. Gömrük İttifaqına daxil
olmaq və bu tipli məsələlər hesab etmirəm ki, Gürcüstan üçün
müzakirə mövzusuna çevrilsin",- bu sözləri "Axar.az"a danışan
millət vəkili İqbal Ağazadə deyib.
O, bildirib ki, əgər Gürcüstan bu ittifaqa doğru addım atarsa,
bu Azərbaycanın mövqeyinə təsir göstərməməlidir. Azərbaycanın
özünün mövqeyi olmalıdır. Azərbaycanın inkişafını Gömrük
İttifaqında, Avrasiya İttifaqında, Rusiyayla müttəfiqliyində
görənlər çox böyük bir səhfə yol verirlər, hakimiyyət də bu addımı
atarsa çox böyük səhfə yol verər. Əgər bu addımı Azərbaycan atarsa,
20-ci ilin əvvəlində Cümhuriyyətin devrilməsi və Azərbaycanda Sovet
Sosialist Respublikasının qurulmasına oxşar bir hadisə olardı. 3-5
ildən sonra yeni proses başlayacaq, o prosesdə yeniləşmiş SSRİ-nin
dağılması start götürəcək və Azərbaycan da böyük itki ilə çıxacaq.
Hakimiyyət bu kursun Azərbaycana xeyir gətirməyəcəyini bilməlidir.
Azərbaycan bu ittifaqa üz çevirməməlidir".