Yuxarı

İrəvan-Bakı münasibətləri Blinken üçün önəmlidir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvan-Bakı münasibətləri Blinken üçün önəmlidir

Ermənistanla Azərbaycan arasında gərginliyin qarşısının alınması və münasibətlərin normallaşdırılması ABŞ dövlət katibi Entoni Blinken üçün vacibdir.

Axar.az Report-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsünün müavini Vedant Patel brifinqdə bildirib.

O xatırladıb ki, ABŞ dövlət katibinin bir müddət əvvəl Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan və Ermənistan liderləri ilə görüşmək imkanı olub.

“Bu bizim ciddi şəkildə məşğul olduğumuz məsələdir. ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bununla məşğul olur”, - V.Patel qeyd edib.

O, ABŞ tərəfinin vasitəçiliyi ilə iki ölkənin nazirlər səviyyəsində yeni görüşünün təşkil edilib-edilməyəcəyi barədə sualı cavablandırarkən isə bununla bağlı tarix açıqlamayacağını deyib.

Lakin tezliklə daha çox məlumat paylaşa biləcəyinə əmin olduğunu vurğulayıb.

Tarix
2023.04.21 / 14:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla