Yuxarı

Korotçenko: Bakı niyə Laçın yolunda post qurdu? - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Korotçenko: Bakı niyə Laçın yolunda post qurdu? - Video

09:00

Azərbaycanın Laçın yolunda sərhəd-keçid məntəqəsi quraşdırması qərarı məcburi xarakter daşıyır. Səbəb odur ki, Laçın dəhlizi Ermənistan ərazisindən Qarabağa müxtəlif növ silah-sursat və minaların daşınması üçün istifadə olunurdu.

Axar.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert, “Milli müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko 23 apreldə Azərbaycan Dövlət Sərhəd Xidmətinin Laçın yolunun girişində, Ermənistanla sərhəddə, Həkəri çayı üzərində sərhəd-keçid məntəqəsi qurması haqda qeyd edib.

O bildirib ki, səbir kasasını dolduran son damla Azərbaycan postlarına təchizat aparan hərbi maşının və bir əsgərin erməni minalarına düşməsi və 3 hərbçinin yaralanması oldu:

“Müəyyən edildi ki, Azərbaycan hərbi maşınının və əsgərin düşdüyü tank və piyada əleyhinə minalar 2021-ci ildə Ermənistanda istehsal olunub və Azərbaycan ərazisinə gətirilib.

Ermənistanın reaksiyasına gəlincə, bu, son dərəcə isterikdir və təbii ki, Azərbaycan tərəfindən nəzarət-buraxılış məntəqəsinin quraşdırılmasına İrəvandan heç bir razılıq yoxdur. Əksinə, hansısa “yeni erməni soyqırımı”, hazırlanmaqda olan “etnik təmizləmə” və s. təbliğat xarakterli bəyanatlar səsləndirilir. Təbii ki, bunların hamısı təbliğatdır. Reallıq odur ki, nəzarət proseduru təmin ediləcək”.

Ekspertin sözlərinə görə, Qarabağda məskunlaşan xoşniyyəti ermənilər problem olmadan Ermənistana gedə və gələ biləcəklər.

Tarix
2023.04.25 / 11:29
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

Xoş xəbər odur ki, Azərbaycanla... - Paşinyan

Musayev ac idi, evə daxil olub, yemək bişirdi - Poqosyan

İlham Əliyev Bolqarıstanın yeni prezidentini təbrik etdi

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla