Yuxarı

Konqresdə mövcud olmayan “dqr” tanına bilərmi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Konqresdə mövcud olmayan “dqr” tanına bilərmi?

Bu, çox gülməli, beynəlxalq hüquqdan başı çıxmayan insanın səsləndirdiyi fikirlərdir. O, nəyin əsasında Azərbaycana sanksiyalar tətbiq edilməsini, hətta Qarabağdakı 20 min erməninin “müstəqilliyi”nin tanınması haqqında iddialar irəli sürür?! ABŞ, beynəlxalq təşkilatlar, dünya dövlətləri, o cümlədən Ermənistan da daxil olmaqla, bütün məsələlərdə Azərbaycanın ərazi bütövlüyünü tanıyır, bu ərazilər üzərində suverenliyini qəbul edir. Sülhyaratma prosesinin əsasında da bu dayanır.

Bu sözləri Axar.az-a ABŞ Nümayəndələr Palatasının demokrat konqresmeni Adam Şiffin Qarabağda məskunlaşan erməni icmasının “müstəqilliyi”nin tanınması ilə bağlı hazırladığı qanun layihəsi haqda açıqlamasında politoloq Qabil Hüseynli deyib.

O bildirib ki, ABŞ kimi nəhəng dövlət bölgədə baş verənlərdən tam məlumatlıdır:

“Azərbaycanın atdığı addımların beynəlxalq hüquqa uyğun olduğunu da qəbul edirlər. Biz sərhədlərimizdə sərhəd-buraxılış məntəqəsi yaratmışıq. Hər bir dövlət onun ərazisinə kimin gəlib-getdiyini, nələrin daşındığını bilməli və buna nəzarət etməlidir. Milli təhlükəsizlik sistemi və dövlətin təhlükəsizliyi birbaşa bununla bağlıdır”.

Politoloqun sözlərinə görə, Azərbaycanın əraziləri üzərində suverenliyini tamamlamaq üzrədir:

“Həlledici addımlardan biri də Ermənistanla sərhəddə Laçın yolunda sərhəd-keçid məntəqəsinin qurulması oldu. Ermənistan bundan bir neçə gün əvvəl onunla üzbəüz özünün sərhəd-keçid məntəqəsini açmışdı. Yəni bütün işlər sinxron gedir.

Bir sözlə, Adam Şiffin “layihəsi” heç bir perspektivi olmayan, əvvəlcədən ölümə məhkum olan bir ideyadır. Bu, ABŞ-ın xarici siyasətinə də ciddi maneə yaradır”.

Qeyd edək ki, amerikalı demokrat konqresmen Adam Şiff erməni lobbisinin ən fəal üzvlərindən biridir. Onun erməni icmasının “müstəqilliyini tanımaqla” bağlı layihəsinə bu gün baxılacaq.

Tarix
2023.04.26 / 14:29
Müəllif
Sayalı Abasova
Digər xəbərlər

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla