Yuxarı

AŞPA-dan Laçın postu ilə bağlı çağırış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AŞPA-dan Laçın postu ilə bağlı çağırış

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycan üzrə həmməruzəçiləri Yan Liddell-Qrancer (Birləşmiş Krallıq) və Liz Kristofersen (Norveç) və Ermənistan üzrə həmməruzəçilər Kimmo Kilyunen (Finlandiya) və Boriana Aberq (İsveç) Laçın yolunda qurulan sərhəd-keçid məntəqəsi ilə bağlı bəyanat yayıblar.

Axar.az xəbər verir ki, bəyanatda 2022-ci ilin dekabrın 16-da Laçın dəhlizi ilə sərbəst hərəkəti bərpa etməyə çağırış növbəti dəfə təsdiqlənib.

Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarına istinad edilərək, Azərbaycanın “Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətini təmin etmək” üçün sərəncamında olan bütün tədbirləri görmək çağırışı edilib.

Həmsədrlər sərhəd məsələləri üzrə danışıqları aktivləşdirməyə və bütün mübahisələri sülh yolu ilə həll etməyə də çağırıblar.

Qeyd edək ki, Azərbaycan Laçın yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurmasına baxmayaraq, sülhməramlıların humanitar yardım yüklərinə heç bir problem yaratmır. O cümlədən Xankəndidə xəstələrin İrəvana daşınması da təmin edilir.

Tarix
2023.04.27 / 11:13
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentin “qonşuyuq?” sualına sakindən cavab...

Sadır Japarov İlham Əliyevi təbrik etdi

Bakı və Sofiya siyasi məsləhətləşmələr keçirdi

Qazax nazir Ermənistanda: TRIPP müzakirə edildi

Ceyhun Bayramov BMT rəsmisi ilə görüşdü

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Azərbaycan daha bir Konvensiyaya qoşulur

Elçin Əmirbəyov Litvanın XİN başçısı ilə görüşdü

Fələstin səfirliyi dəstəyə görə Azərbaycana təşəkkür etdi

Onlar antivətən xislətlərini yenə də büruzə verdilər...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla